ABB-nin Rusiyada ləğv olunan törəməsi əmanətçilərə müraciət edib
Azərbaycan Beynəlxalq Bankının Rusiyada ləğv olunan törəməsi "ABB-Moskva" bu ilin martın 20-dən "Təcili" əmanəti üzrə maliyyə vəsaitlərinin cəlb olunması şərtlərini dəyişdirib.
Bankın saytında bildirilir ki, "ABB-Moskva" "Universal", "Elite+" və "Xüsusi" əmanətləri üzrə vəsait cəlbini dayandırıb.
"ABB-Moskva" fəaliyyətinin dayandırılması və bağlanmış filialların müştərilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq əmanət müqavilələrinə vaxtından əvvəl xitam verilməsi üçün güzəştli şərtlər təqdim edir. "ABB-Moskva" əmanətçilərə əmanətin bütün növləri üzrə müqavilələrə əlavə razılaşma imzalamağı təklif edir. Əlavə razılaşma ilk tələbdə əmanət müqaviləsini dayandırmaq hüququ verməklə əmanətçiyə bankın faizlərlə birlikdə əmanəti tam həcmdə əldə etməyə imkan verəcək", - deyə məlumatda vurğulanıb.
Məlumatda o da bildirilib ki, "ABB-Moskva"nın filialları bu ilin aprelin 27-dək bağlanacaq.
Xatırladaq ki, martın 14-də keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.
Qeyd edək ki, martın 5-də "ABB-Moskva" Sankt-Peterburq və Yekaterinburqdakı filiallarının bağlanacağını elan edib. Martın 5-dən bu filiallarda əmanət qəbulu və pul köçürülməsi xidməti dayandırılıb, əmanətlərin qaytarılması prosesi heç bir məhdudiyyət olmadan həyata keçirilir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























