Expressbank həm 17 martda, həm də bayramda xidmət göstərəcək
Daim müştərilərini düşünən Expressbank, “Asan Kreditlərə 8% endirim” kampaniyasına böyük marağı və filiallara axını nəzərə alaraq, Bayram günlərində də Sizlərə xidmət göstərəcək. Belə ki, müştərilər, 17, 23, 24 və 26 mart tarixlərində saat 10:00-dan 15:00-dək Expressbank-ın Əhmədli, Nəsimi, Gəncə və Sumqayıt filiallarında aşağıda qeyd edilən bank xidmətlərindən faydalana biləcəklər:
-Asan kreditin verilməsi
-Expresso kartın sifarişi
-Smilecard-ın verilməsi
-Təcili pul köçürülməsi və alınması
-Depozit qəbulu
-Kart sifarişi və təhvili
-Valyuta mübadiləsi
-Hesaba mədaxil/məxaric
-Hesabın açılması və bağlanması.
Bundan əlavə olaraq Exspressbank-ın Əhmədli filialı hər gün saat 10:00-dan 18:00-dək, Nəsimi filialı isə 24/7 rejimində Sizlərə aşağıdaki xidmətləri göstərəcək:
-Valyuta mübadiləsi;
-Təcili pul köçürməsi üzrə pulun göndərilməsi;
-Fiziki şəxslərin hesablarının möhkəmləndirilməsi (cari, plastik kart, depozit hesabları);
-Kredit üzrə ödənişlər;
-Kommunal və digər ödənişlər.
Qeyd edək ki, Expressbank-da nağd pul kreditlərinə 8% endirim kampaniyası mart ayının 31-dək davam edir. Kampaniya çərçivəsində Siz də bankın filialına yaxınlaşmaqla və ya bankın rəsmi saytından onlayn qaydada sifariş etməklə sərfəli şərtlərlə 15000 manatadək “Asan kredit”i illik cəmi 20%-lə əldə edə bilərsiniz. Bankın bayram günlərində də xidmətinizdə olması bu kreditlərin əldə edilməsi üçün gözəl bir fürsətdir.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 3500 POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
-
7 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
7 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
8 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
9 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!




















