Market rəflərində yerli kərə yağları artır
Ötən ildən başlayaraq dünya bazarlarında kərə yağının bahalaşması ilə əlaqədar olaraq Azərbaycana idxal olunan yağların qiymətləri yüksəlmişdir. Bu proses yerli istehsalçıların xeyrinə olub.
“Marja”nın məlumatına görə, kərə yağının istehsalı xaricdən idxal olunan analoqlarından baha başa gəldiyindən Azərbaycanın süd emalı zavodları bu məhsula maraq göstərmirdilər. Ötən ilin ikinci yarısından başlayaraq idxal kərə yağının kiloqramının 17-22 manat səviyyələrinə yüksəlməsi yerli istehsalçıları hərəkətə keçirib.
Ötən ilin sonlarında market rəflərində yalnız yerli istehsal kərə yağlarından “SƏBA” gözə dəyirdi. Əvvəllər “Atena”, “Milla” şirkətləri kərə yağı istehsal etsələr də sonradan istehsalı dayandırmalı olmuşdular. Bu gün marketlərdə yerli “SƏBA” kərə yağı ilə bərabər, “Atena” şirkətinin “Atena”, “Xırman” şirkətinin “Qaymaq”, “Bərdə yağ – Pendir Azqida” MMC-nin “Bərdə” markalı kərə yağlarına da rast gəlinir.
Məsələn, “Meqa Store” supermarketində 200 qramlıq “SƏBA” kərə yağı 3.29 manata, 200 qramlıq “Atena” kərə yağı 3,24 manata, 200 qramlıq “Qaymaq” kərə yağı 4.59 manata təklif olunur.
500 qramlıq qablaşdırmada “Səba” 7,57 manata, “Qaymaq” 8,99 manata, 1 kiloqramlıq qablaşdırmada olan“Bərdə” kərə yağı isə 13.67 manata təklif olunur.
“Qaymaq” xaric, digər yerli yağlar xarici analoqlarından ucuzdur. Məsələn, xaricdən idxal olunan 200 qramlıq “Westgold” kərə yağı 3.80 manata, “Wellington” 3.67 manata satılır.
Yerli kərə yağı istehsalının artması südə təlabatı artıra bilər. Bu, alıcıların nə qədər yerli kərə yağlarına üstünlük verəcəklərindən asılıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
23 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 26 d. əvvəl
-
35 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
38 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir




















.jpg)




