Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Trumpın müşavirindən vergi istisnası açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trumpın müşavirindən vergi istisnası açıqlaması
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ağ Evin Milli Ticarət Şurasının başında duran Peter Navarro, ölkələrin gömrük vergisindən azad edilməyəcəyini, ancaq bəzi hallarda şirkətlərin azad edilməsi üçün bir mexanizm olacağını bildirib.
 

"Marja" xəbər verir ki, Navarro, verdiyi bəyanatda "Azad etməyimiz lazım olan xüsusi hallar üçün sərbəstlik proseduru olacaq və beləliklə müəssisələr qarşısında maneə yaranmayacaq" - deyib.
 

Reklam_3_11

 ABŞ Prezidenti Donald Trump ötən həftə yerli istehsalçıları qorumaq üçün idxal dəmirə 25 faiz, aluminyuma isə 10 faiz əlavə gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
 

Bunun ardından şirkətlər sürətlə gömrük vergisinə qarşı lobbiçilik fəaliyyətinə başlayıb. Dəmir ixrac edən ölkələr bu addımı tənqid edirlər.
 

Trump planlaşdırılan gömrük vergisi artımları haqqında dünya liderlərilə də müzakirələr aparır.
 

İdxal dəmirə möhtac olan ABŞ-ın enerji şirkətləri dəmir məhsullarından əlavə gömrük vergisi alınmasını narahatlıqla qarşılayırlar.


 
 ABŞ enerji şirkətlərini təmsil edən özəl sektor təşkilatı Amerika Neft İnstitutu, neft və qaz sektorlarının ehtiyac duyduğu polad boruların ABŞ istehsalçıları tərəfindən istehsal edilmədiyinə diqqət çəkir.

05.03.2018 15:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18