Tramp Avropanı hədələdi - "Avtomobillərinizə yüksək vergi tətbiq edərik"

Trump gələn həftə ABŞ-a idxal olunan dəmir və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz nisbətlərində əlavə gömrük vergiləri tətbiq ediləcəyini bəyan edib. Bu addıma cavab olaraq Avropa Birliyi (AB) ABŞ-dan həyata keçirilən idxala qarşı tədbirlər görəcəyini açıqlayıb.
"Marja" xəbər verir ki, Trump deyib:
"Avropa Birliyi onsuz da yüksək vergilərini daha da artırmaq istəyirsə və ABŞ şirkətlərinin orada iş görməsinin qarşısı maneə qoyursa, biz də sadə bir şəkildə ABŞ-a sərbəst şəkildə gətirilən avtomobillərinə vergi tətbiq edəcəyik. Onlar avtomobillərimizin orada satmasını mümkünsüz hala gətirirlər. Böyük ticarət ziddiyəti".
"Qlobal ticarət müharibəsi" xəbərdarlığı
İqtisadçılar, Trump rəhbərliyinin proteksionist (himayədar) siyasətləri çərçivəsində artıracağı gömrük vergilərinin cavabı olacağını və bunun qlobal ticarət müharibəsini başlada biləcəyi xəbərdarlığını edirlər.
Trump həmçinin "axmaq" kimi təsvir etdiyi kommersiya sazişləri və siyasətlərə görə ölkəsinin ticarət kəsirinin illik 800 milyard dollara çatdığını iddia edib.
Trump, "Məşğulluğumuz və zənginliyimiz bizi istismar edən ölkələrə gedir. Liderlərimizin nə qədər axmaq olduğuna gülürlər. Amma artıq belə olmayacaq",- deyib.
Trump, keçən həftə Ağ Evdə keçirilən görüşdə Amerikalı polad və alüminium istehsalçıları ilə görüşüb və idxal dəmirə 25 faiz, alüminiuma 10 faiz əlavə gömrük vergisi tətbiq edilməsinə qərar verdiyini açıqlayıb.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
5 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
