
Bakıda yeni avtomobil salonu açıldı

Lüks avtomobil brendlərinin ölkəmizdə rəsmi nümayəndəsi “Avtolux Azərbaycan” şirkəti təmsil etdiyi brendlərin sayını artırıb.
“Marja”nın məlumatına görə, artıq İtaliya-ABŞ ortaq avtomobil istehsalçısı “Fiat Chrysler Automobiles Group”un markalarını Azərbaycanda “Avtolux Azərbaycan” şirkəti təmsil edəcəkdir.
Qeyd edək ki, “Fiat”, “Fiat Professional”, “Jeep”, “Dodge”, “Chrysler”, “Alfa Romeo” və “Abarth” “Fiat Chrysler Automobiles Group”un markalarıdır. İndiyədək “Alfa Romeo” və “Abarth” markaları xaric digər brendlər Azərbaycanda rəsmən təmsil olunurdu.
İKİ BREND İLK DƏFƏ RƏSMİ OLARAQ AZƏRBAYCANDA SATIŞA TƏQDİM OLUNUR
“Avtolux Azərbaycan” şirkətində keçirilmiş mətbuat konfransında şirkətin direktoru İbrahim Əhmədov bildirdi ki, artıq Azərbaycanda “Fiat”, “Fiat Professional”, “Jeep”, “Dodge”, “Chrysler”, eləcə də, Azərbaycanda ilk dəfə rəsmi olaraq təqdim olunan “Alfa Romeo” və “Abarth” markalı avtomobillərin satışı və servis xidmətlərini “Avtolux Azərbaycan” şirkəti həyata keçirəcəkdir.
QRUPUN BRENDLƏRİ BİR MƏKANDA
“İndiyədək Azərbaycanda “Fiat Chrysler Automobiles Group”un markaları müxtəlif şirkətlər tərəfindən təmsil olunurdu və avtomobillər ayrı-ayrı salonlarda satılırdı. İlk dəfə olaraq qrupun brendləri bir məkanda təklif olunacaqdır. Dünyanın hər bir yerində “Fiat Chrysler” in brendləri üzrə avtomobillər ayrı-ayrı salonlarda satılır. İlk dəfə olaraq Azərbaycanda bütün brendlər bir salonda təklif olunur”.
“QRUP TƏMSİLÇİLİYİ BİZƏ VERDİ”
İbrahim Əhmədov qeyd etdi ki, Azərbaycanda bütün brendlərin bir şirkət tərəfindən təmsil olunmasında “Fiat Chrysler Automobiles Group” maraqlı olub.
“Biz “Fiat Chrysler Automobiles Group”un markalarını, xüsusilə “Alfa Romeo” modelini çoxdan Azərbaycanda təmsil etmək fikrindəydik. Bütün gücümüzü ortaya qoyaraq, “Fiat Chrysler Automobiles Group”un Azərbaycanda dileri olmaq istəyimizi bildirdik, qrup da bizə müsbət cavab verdi. Əvvəlki distribyutorlar anbarlarında olan avtomobiləri satdıqdan sonra bir daha bu modelləri gətirməyəcəklər”.
TƏLƏBLƏRƏ UYĞUN SALON
İbrahim Əhmədov əlavə etdi ki, 1400 m2 -lik satış salonu dizayn tərtibatı baxımından qrupun bütün tələblərinə və standartlarına uyğun təmir olunub:
“Salon iki hissəyə bölünüb. Bunu rəng fərqləri ilə də müəyyən etmək olar. Ağ hissədə “Fiat”, “Fiat Professional”, “Abarth” və “Dodge” modelləri, qara hissədə isə “Jeep” və “Alfa Romeo” modelləri nümayiş edilir”.
SALONDA HANSI MODELLƏR VAR?
Mətbuat konfransında şirkətin brend meneceri Azər Cəlilov çıxış edərək satışa təqdim olunan və il ərzində təqdim olunacaq modellər haqqında məlumat verdi:
“Avtolux” salonunda “Fiat Chrysler”in bütün modellərini nümayiş etdirəcəyik. Artıq “Jeep Cherokee”, “Jeep Grand Cherokee”, “Jeep Wrangler” modelləri satışdadır. Fevral ayından etibarən “Jeep Renegade” modeli müştərilərini gözləyəcəkdir. “Jeep Compass” avtomobili də 2017-ci ilin sonlarına doğru Azərbaycana gətirib təqdim olunacaqdır. “Dodge” modellərindən “Charger” və “Challenger” modelləri salonda nümayiş olunur. İtaliyan markasından “Fiat 500”, “Fiat 500X”, “Fiat 500L” və “Fiat Doble” avtomobillərini də gətirmişik və salonumuzda satışdadır. Fevral ayında “Fiat Tipo” modeli də salonumuzda yerini alacaqdır. “Fiat Professional” modelləri də salonumuzda satışdadır. “Alfa Romeo” və “Abarth” modellərini ilk dəfə olaraq Azərbaycanda satışına başlayırıq. Artıq “Abarth 500” modeli salonumuzdadır. İlin oratlarına doğru “Abarth 124” və “Abarth Spider” modellərini təqdim edəcəyik. “Alfa Romeo” modellərindən isə “Mito”, “Giulia” və “4C” modellərini təklif edirik. Fevral ayından etibaran “Giulietta” modelinin satışına başlayacağıq.
“Fiat Chrysler” qrupu Los-Ancles avtomobil sərgisində “Alfa Romeo Stelvio” modelini nümayiş etdirib. Bu ilin ortalarından etibarən bu avtomobilin satışına başlanacaqdır. Biz də 2017-ci ilin ortalarından etibarən” Stelvio” modelini Bakıya gətirib satışına başlayacağıq”.
Mətbuat konfransından sonra jurnalistlər avtomobil salonunu gəzərək modellər ilə tanış oldular. Azərbaycan bazarında ilk dəfə “Abarth 500”,həmçinin “Alfa Romeo” markasının model cərgəsindən “Alfa Romeo Guilia”, “Alfa Romeo Mito” və “Alfa Romeo 4C” avtomobillərinin təqdimatı keçirildi.
Salonun alt mərtəbəsində servis mərkəzi fəaliyyət göstərir. Burada bütün brendlərə yüksək səviyyədə servis xidməti göstərmək üçün texniki imkanlar və ustalar mövcud olduğu qeyd edildi.
FCA Group dünyada sərnişin avtomobilləri, professional avtomobillər, ehtiyyat hissələri və istehsalat sistemlərinin satışı eləcə də istehsalı ilə məşğul olan ən iri avtokonsernlərdən biridir.
Xatırladaq ki, “Avtolux Azərbaycan” 2012-ci ildən fəaliyyət göstərir. Bundan öncə şirkət Ferrari, Aston Martin və Lamborgini, eləcə də Ferrari Store və Collezione Lamborghini markalarının distributor olub. Brend cərgəsinə FCA Group-un markalarını əlavə etməklə “AvtoluxAzərbaycan”-ın satışını həyata keçirdiyi avtomobil markalarının sayı 10 çatıb.
Ünvan: Üzeyir Hacıbəyov, 57
Tel: 012 404 83 93
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 25 d. əvvəl
- 31 d. əvvəl
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
Qazaxıstan Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
""PAŞA Həyat" İnnovasiyanın inkişafına hər zaman töhvə verir"
-
2 saat əvvəl
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
-
3 saat əvvəl
"Qızılın qiyməti yeni rekordlar ilə artımını davam etdirəcək"
- 3 saat əvvəl
Son Xəbərlər

Azərbaycan və Asiya İnkişaf Bankı müzakirələr aparıb

Azərbaycan ada dövlətdə səfirlik təsis edəcək

Türkiyədə illik inflyasiya avqustda 33 faizə yaxın olub

Qazaxıstan Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib

Sabahın hava proqnozu açıqlanıb : yağış yağacaq - PROQNOZ

"Qızılın qiyməti yeni rekordlar ilə artımını davam etdirəcək"

Xəzər Universitetinə rektor təyin edilib

"Regional" BOKT-ın xalis mənfəəti 12 dəfə artıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bank Respublika-dan yeni mövsümə özəl sərfəli nağd kredit təklifi

Azərbaycan istiqrazları Unicapital vasitəsilə Cbonds-da

BOKT-a illik 16 faizlə pul lazımdır - İSTİQRAZ BURAXIR, ŞƏRTLƏR

Azərbaycan neftinin son qiyməti
