"İnsan qaynaqlarına 23 milyon manat xərcləmişik"
“Azercell Telekom” MMC insan qaynaqları sahəsində yüksək beynəlxalq sertifikata layiq görüldü.
Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” beynəlxalq səviyyədə daha bir uğura imza atıb.
Şirkət güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb.
Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.
“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin bu sertifikata layiq görülməsini böyük uğur hesab edir:
“Yarandığı ilk gündən etibarən Azercell İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir beynəlxalq təcrübəyə uyğundur. İlk dəfə olaraq şirkətimiz bu Sertifikatın alınması üçün irəli sürülən tələblərin hamısına cavab verərək 2004-cü ildə Standartı, 2011 və 2014-cü illərdə isə Gümüş Sertifikatını əldə edib. 2018–ci ilin yanvar ayında keçirilən sertifikasiya zamanı isə Azercell güclü performans göstərməklə işçilərini yüksək səviyyədə idarə etdiyini artıq beynəlxalq səviyyədə sübut edərək, Qızıl Sertifikatına layiq görülüb. Onu da vurğulayaq ki, 1996-2017-ci illər ərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 23.338.153,45 USD sərmayə qoyulub ki, bu da kifayət qədər böyük göstəricidir. Fəaliyyət göstərdiyimiz sahələrdə olduğu kimi, İnsan Qaynaqlarının idarə olunmasında da liderik.”
“Azercell Telekom” MMC-nin İnsan Qaynaqları Departamentinin direktoru Ziba Mustafayeva şirkətin IIP sertifakatını qazanması üçün ciddi yoxlamadan keçdiyini bildirib: “Investors in People İnternational“ şirkəti Azercell-də 9 fəaliyyət göstəricisi üzrə yoxlama aparib. Qızıl səviyyəli IIP akkreditasiyası zamanı qiymətləndirici, işçilər arasında keçirilən onlayn sorğuya, səfəri zamanı Azercell-in əməkdaşları ilə təkbətək müsahibələrinə, həmçinin insan qaynaqlarının idarə olunması təcrübəsi üzrə audit yoxlamasının nəticəsinə əsaslanıb. Bu sertifikat İnsan Qaynaqlarının idarə olunmasında bizim inkişaf göstəricimizdir”
“Investors in People International” şirkətinin prezidenti Paul Devoy da Azercell-in Qızıl Sertifikat qazanmasını böyük uğur kimi dəyərləndirib: "Azercell-i təbrik edirik. “Investors in People” akkreditasiyası yüksək səviyyəli işəgötürən, çalışanlar üçün arzu olunan məkan və uğura aparan aydın yoldur. Azercell əldə etdiyi bu nəailiyyətdən böyük qürur hissi keçirməlidir"
Qeyd edək ki, tək və yeganə İnsan Qaynaqları üzrə Keyfiyyət Standartı olan “Investors in People” standartı ilk dəfə 1991-ci ildə İngiltərədə tətbiq edilməyə başlayıb. Beynəlxalq səviyyədə mövcud olan Standart 26 illik fəaliyyəti nəticəsində 78 ölkə və 10.000-dən çox şirkəti əhatə edir. Cari 6-cı nəsil standartı isə 2015-ci ildə beynəlxalq səviyyədə fəaliyyətə keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 gün əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
1 gün əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
1 gün əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
1 gün əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 gün əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq























