Yeni sədri təyin edilmiş AZINNEX-in Özbəkistanda nümayəndəliyi açılacaq
8 fevral 2018-ci il tarixində AZINNEX-in bu ilki ilk görüşü keçirilmişdir Müşahidə Şurasının. AZINNEX Azərbaycanın 10 ən qabaqcıl İKT şirkətinin üzv olduğu təşkilatdır.
"Marja" xəbər verir ki, keçirilmiş görüşdə Konsorsiumun Müşahidə Şurasının cari sədri, BESTCOMP GROUP şirkətinin rəhbərliyi tərəfindən 2017-ci ildə icra edilmiş işlər barədə yarımillik hesabat təqdim olunmuşdur.
Hesabat dövründə AZINNEX-in hüquqi qeydiyyat məsələsi tam təmin olunmuş, AZINNEX tərəfindən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edilmiş və ilkin satış uğurları əldə edilmişdir. AZINNEX-in Özbəkistan nümayəndəliyinin açılması üzrə işlər davam etdirilir.
AZINNEX Müşahidə Şurasının yeni sədri “Ultra Technologies” şirkətinin direktoru təyin edilmişdir. Yeni sədr çıxış edərək 2018-ci ildə görüləcək işlər haqqında məlumat vermiş, İllik Fəaliyyət Planını təqdim etmişdir. Konsorsiumun 2018-ci ildə əsas prioritetləri olaraq potensial bazarlara çıxış imkanları, beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, xarici ölkə nümayəndəliklərinin yaradılması, təbliğat və marketinq fəaliyyətlərinin genişləndirilməsi, o cümlədən Konsorsiumunun inzibati işlərinin inkişaf etdirilməsi kimi önəmli istiqamətlər müəyyənləşdirilmişdir. Müşahidə Şurasının iclası daha sonra cari strateji, təşkilati və inzibati məsələlərin açıq müzakirələri ilə davam etmişdir.
Azərbaycanın innovasiya ekosisteminin aktiv iştirakçısı və qeyri-neft sektoru üzrə ixrac potensialının artırılmasında əhəmiyyətli potensiala malik olan AZINNEX 2018-ci ili fəaliyyətində uğurlu başlanğıc ili olaraq hədəf qoymuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















