Azərbaycandan neft ixracı azalıb, qaz ixracı artıb
2017-ci ildə Azərbaycan 32 mln. 845 min ton neft ixrac edib ki, bu da 2016-cı ilin göstəricisindən 6,1% azdır. Bu barədə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri 12 mlrd. 300 mln. 777,8 min dollar (artım 19,5%) təşkil edib”, - məlumatda bildirilir.
2017-ci il ərzində ixrac edilmiş 10 mlrd. 706 mln. 817,8 min dollar məbləğində neftin bəyan edilmiş həcmi 27 mln. 227,9 min ton təşkil edib.
2016-cı ildə Azərbaycandan 35 mln. 30,3 min ton neft ixrac olunub.
Azərbaycan 2017-ci ildə 8 mlrd. 859,7 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2016-cı ilin göstəricisindən 10,1% çoxdur.
“Hesabat ilində Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri 1 mlrd. 263 mln. 704,7 min dollar (artım 10,2%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.
2017-ci ildə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş 1 mlrd. 193 mln. 712,4 min dollar dəyərində 7 mlrd. 543,5 mln. kubmetr qaz ixrac edilib.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)


.jpg)


