Bu gün kritik göstəricilər açıqlanacaq - BAZAR QIZIŞA BİLƏR
İnvestorlar ötən həftə səhm və istiqraz bazarlarında baş verən tənəzzülü anlamağa çalışırlar. Bu baxımdan bu axşam ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri maraqla gözlənilir.
"Marja" xəbər verir ki, ABŞ Əmək Nazirliyi inflyasiya göstəricilərini Bakı vaxtı ilə saat 17:30-da açıqlayacaqdır.
İqtisadçılar, ərzaq və enerji qiymətləri daxil olmayan baza inflyasiyanın Yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz artmasını gözləyir. Bu rəqəm, Dekabr ayında 1.8 faiz idi. Eyni indeksin aylıq olaraq isə 0.2 faiz yüksəlməsi nəzərdə tutulur.
Əgər açıqlanacaq inflyasiya göstəriciləri proqnozlardan yüksək olarsa, Fed-in faiz artırmağı sürətləndirəcəyi barədə narahatlıqları artıraraq bazarların yenidən qızışmasına səbəb ola bilər. İnvestorlar Fed-in bu il 4 dəfə faiz artıra biləcəyindən narahatdırlar. Belə olan vəziyyətdə Dollar güclənə, səhm, qızıl, əmtəələr və neft qiymətlərində tənəzzül başlaya bilər.
Bu narahatlıqlar, ötən həftə ABŞ birjalarının geriləməsinə səbəb olmuşdu. ABŞ-da məşğulluq yüksək səviyyədə olduğundan, maaşlar artdığında iqtisadi inkişaf sürətlə davam edir. Üstəlik inflyasiyanın da yüksəlməsi bu il Fed-in 3 dəfə deyil, 4 dəfə faiz artıracağı ehtimalını gücləndirə bilər.
Bu axşam ABŞ-da pərakəndə satışlar və xam neft ehtiyatları kimi mühüm məlumatlar da açıqlanacaqdır.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Bu gün ABŞ-da açıqlanacaq mühüm məlumatlar
Vaxt | Valyuta | Adı | Proqnoz | Əvvəlki |
17:30 | USD | Baza İstehlakçı Qiymətləri İndeksi (baza inflyasiya) (Aylıq) (Yanvar) | 0,2% | 0,2% |
17:30 | USD | Baza İstehlakçı Qiymətləri İndeksi (baza inflyasiya) (İllik) (Yanvar) | 1,7% | 1,8% |
17:30 | USD | Baza Pərakəndə Satışlar (Aylıq) (Yanvar) | 0,2% | 0,4% |
17:30 | USD | İstehlakçı Qiymətləri İndeksi (inflyasiya) (İllik) (Yanavr) | 1,9% | 2,1% |
17:30 | USD | İstehlakçı Qiymətkləri İndeksi (inflyasiya) (Aylıq) (Yanvar) | 0,3% | 0,2% |
17:30 | USD | İstehlakçı Qiymətləri İndeksi (inflyasiya) (Mövsümi Olaraq Tənzimlənməmiş) (Yanvar) | 247,60 | 246,52 |
17:30 | USD | Pərakəndə Satışlar (Aylıq) (Yanvar) | 0,5% | 0,4% |
19:30 | USD | Xam Neft Ehtiyatları | 2,825M | 1,895M |
19:30 | USD | Xam Neft İdxalları |
| -0,060M |
19:30 | USD | Cushing, Oklahoma Xam Neft Ehtiyatları |
| -0,711M |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 10 saat sonra
-
- 6 saat sonra
-
10 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
11 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
11 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb






















