Nəsimidə 31 ünvanda yeni binalar tikilir - PİLOT LAYİHƏLƏR

Nəsimi rayonunda 31 ünvanda köhnə yaşayış binalarının və digər obyektlərin sökülərək yerində yeni yaşayış kompleksinin tikilməsi üzrə işlərə başlanılıb.
“Marja” xəbər verir ki, bu barədə Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd edilib ki, əhalinin məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, ümumi görünüşə xələl gətirən yaşayış binalarının, digər obyektlərin sökülərək yenidən qurulması, müasir yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarının icrası ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti ötən il də bir sıra işlər həyata keçirmişdir:
“XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16 min 206 nəfərin yaşadığı 5 min 771 mənzildən ibarət 226 yaşayış binasının və digər obyektlərin sökülərək yenidən qurulması ilə bağlı ərazilərə baxış keçirilmiş, sahibkarların cəlb olunması və layihələndirmə işləri aparılmışdır. İl ərzində 60-dan çox təklifə baxılmış, 31 ünvanla bağlı işlərin həyata keçirilməsi təcrübəli tikinti qurumlarına həvalə edilmişdir.
Həmin ünvalarda Nazirlər Kabinetinin qərarına uyğun işlərin həyata keçirilməsi “Maşınqayıran” MTK; “Pilot-Həyat” MMC; “Rifah” Plaza; “Gloria Palace” MTK, “ARCHİCO” MMC “Pilot İnşaat-A” MMC; İstehsalat Kommersiya Şirkəti; “Elm-2017” MMC; “Gold Construction” MMC; “Draft Construction” MMC; “Draft Construction” MMC; “Pearl Construction” MMC; “GÖZƏL-BAKI” MMC; “Avrasiya Construction” MMC; “Bisütun” MTK; “Regal” MTK; “FƏDƏK” MMC; Azadlıq Residence” MMC; “Avro Qrand” MMC; “Bakı-Mexanikləşdirmə-1” ASC; “TEYMUROĞLU” MTK; “MƏK-AN” MMM; “RUR” MMC; “Malibo” MMC; “Yeni Ailə” MMC; “TAC 1 RESİDENCE” MMC; “Grand Plaza” MMC; “Y-GROUP CONSTRUCTİON” MTK; “SAVALAN GROUP” MMC; “PİLOT-1” MMC; “Azəri Tikinti Şirkəti” MMC-nə həvalə edilmişdir. Onlardan 15 ünvanla bağlı köçürmə-söküntü və inşaat işlərinə başlanmışdır.
Belə ki,
“Maşınqayıran” MTK tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 5 girişli 12 mərtəbəli, 1 ədəd 2 girişli 16 mərtəbəli, 340 mənzilli (bir tərəfi 18 mərtəbəli) binanın 10-cu mərtəbəsi tikilir.
“Pilot Həyat” MMC tərəfindən layihə üzrə tikiləcək hər biri 2 girişli 16 mərtəbəli olan 2 ədəd 224 mənzilli binanın birinin 8-ci mərtəbəsi tikilir.
“Draft Construction” MMC tərəfindən layihə üzrə tikiləcək 1 girişli 16 mərtəbəli olan 2 ədəd 224 mənzilli binanın birinin 1-ci mərtəbəsi tikilir.
“Gold Construction” MMC tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 3 girişli 16 mərtəbəli, 192 mənzilli binanın 1-ci mərtəbəsi tikilir.
“ArCHİKO” MMC tərəfindən layihə üzrə tikiləcək 3 ədəd 2 girişli 15 mərtəbəli və 1 ədəd 1 girişli 15 mərtəbəli, 506 mənzilli binaların təməl qazma işləri gedir.
“Regal” MTK tərəfindən layihə üzrə tikiləcək 2 ədəd hər biri 2 girişli 15 mərtəbəli, 208 mənzilli binaların birinin 6-cı mərtəbəsi tikilir.
“Rifah Plaza” MMC tərəfindən layihə üzrə tikiləcək 2 ədəd hər biri 1 girişli 16 mərtəbəli, 150 mənzilli binaların birinin 6-cı mərtəbəsi tikilir.
“Gözəl Bakı” MTK tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 2 girişli 15-16 mərtəbəli, 2 ədəd hər biri 4 girişli 13-14 mərtəbəli, 453 mənzilli binaların birinin 3-cü mərtəbəsi tikilir.
“Fədək” MMC tərəfindən layihə üzrə tikiləcək 1 ədəd, 5 girişli 16 mərtəbəli, 252 mənzilli binanın 2 səviyyədə təməl işləri gedir.
“Bisütun” MTK tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 1 girişli, 11 mərtəbəli, 18 mənzilli binanın 0-cı səviyyədən çıxma işləri gedir.
“Pilot İnşaat-A” MMC tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 1 girişli 14 mərtəbəli, 1 ədəd 2 girişli 15 mərtəbəli, 1 ədəd 2 girişli 13 mərtəbəli, 1 ədəd 2 girişli 14 mərtəbəli, 349 mənzilli binaların birinin 13-cü, digərinin 12-ci və III binanın 7-ci mərtəbələri tikilir.
“Gloria Palace” MTK tərəfindən layihə üzrə tikiləcək 3 ədəd 3 girişli 18 mərtəbəli, 280 mənzilli, “Pearl Construction” MMC tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 2 girişli 16 mərtəbəli, 150 mənzilli, “TEYMUROĞLU” MTK tərəfindən layihə üzrə tikiləcək 1 ədəd 2 girişli, 1 ədəd 4 girişli, 15-16 mərtəbəli, 336 mənzilli bina, “Malibo” MMC tərəfindən layihə üzrə tikiləcək 2 ədəd 1 girişli, 4 ədəd 2 girişli 12-15 mərtəbəli, 556 mənzilli, “Yeni Ailə” MMC tərəfindən layihə üzrə tikiləcək 2 ədəd 2 girişli 14 mərtəbəli, 260 mənzilli binaların ərazisindəki sakinlər və mülkiyyətçilərlə razılaşma və müqavilələrin bağlanması, tədricən köçürmə və tikinti işləri aparılır".
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
1 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
