“Naxçıvan Bank"ın da qazancı azaldı
“Naxçıvan Bank" 2017-ci ili 4 milyon 7 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə nisbətən 52,4% azdır.
Ötən il “Naxçıvan Bank”ın faiz gəlirləri 5,363 milyon manat, faiz xərcləri 280 min manat, qeyri-faiz gəlirləri 2,998 milyon manat, qeyri-faiz xərcləri 3,014 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 34 min manat, mənfəət vergisi ödəmələri isə 1,027 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə “Naxçıvan Bank”ın aktivləri 141,867 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 12,2% çoxdur. Bunun 62,223 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 2,9% böyüyüb, vaxtı keçmiş kreditləri isə 12,2% azalaraq 2,584 milyon manata düşüb.
Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 19,9% artaraq 68,99 milyon manat təşkil edib. Bunun 32,56 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit porteli 33,1% böyüyüb. O cümlədən fiziki şəxslərin depozitləri 26,3% artaraq 15,372 milyon manata, hüquqi şəxslərin depozitləri isə 39,7% artaraq 17,188 milyon manata çatıb.
İl ərzində “Naxçıvan Bank”ın balans kapitalı 5,8% artaraq 72,877 milyon manat, nizamnamə kapitalı isə 14,2% artaraq 67,83 milyon manat olub.
© Renkinq
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
17 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb






.jpg)
.jpg)




.jpg)



.jpg)









