“Valyuta ehtiyatlarımız 23 dəfə artıb”
“Son 14 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində ciddi artım qeydə alınıb”.
Bunu dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışında deyib.
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan prezident İlham Əliyev qeyd edib ki, əsas məqsəd dövlətin qüdrətinin artırılması və müstəqilliyin möhkəmləndirilməsidir.
Dövlət başçısı bildirib ki, son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilib: “Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb. İçməli su və kanalizasiya problemləri uğurla həll olunub. Kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülüb. Dörd su anbarı tikilib, 12 min 300 km yol çəkilib. Bu il bu rəqəm 15 min km-ə çatdırılacaq. Bundan əlavə, ölkədə 7 aeroport, Ələt Dəniz Ticarət Limanı, gəmiqayırma zavodu inşa olunub”.
231 MİLYARD DOLLAR SƏRMAYƏ
Dövlət başçısı qeyd edib ki, son 14 ildə valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara çatıb: “Bütün bunlar ölkəmizə siyasi, iqtisadi müstəqillik verib. Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















