Draghi: Avrodakı volatillik qeyri-müəyyənlik yaradır
Avropa Mərkəzi Bankının sədri Mario Draghi faiz qərarından sonra keçirdiyi mətbuat konfransında açıqlamalar verib.
"Marja" xəbər verir ki, Draghi, faizlərin uzunu müddət ərzində mövcud səviyyələrdə qalmasını gözlədiklərini qeyd edərək "konkret qiymətli kağızlar alışı proqramımızının aylıq həcminin 30 milyard avro məbləğində olaraq sentyabrın sonuna qədər ya da lazım gəlsə daha uzun müddət davam etməsini nəzərdə tuturuq" ifadəsini istifadə edib.
Draghi iqtisadi inkişaf təkanının möhkəm və genişmiqyaslı olduğunu deyib.
İqtisadi artıma qarşı risklərin böyük ölçüdə balanslaşdırıldığını qeyd edən Sədr, baza inflyasiyanın orta müddətdə mərhələli olaraq yüksələcəyini proqnozlaşdırıb.
Draghi Avrodakı volatilliyin (dəyişkənlik) qeyri-müəyyənlik yaratdığını deyib. Draghi bu ifadələri işlədib: "Valyuta məzənnələrindəki mövcud volatillik qeyri-müəyyənlik mənbəyi kimi qarşımıza çıxmaqdadır, təsirləri mənasında yaxından izlənməlidir".
Draghi qlobal amillərə və valyuta bazarlarına bağlı olaraq aşağı istiqamətli risklərin davam etdiyini deyib. Draghi valyuta məzənnəsi hədəflərinin olmadığını, məzənnələrin qiymət sabitliyi (inflyasiya) üçün əhəmiyyətli olduğunu deyib.
"HƏLƏLİK, QƏLƏBƏNİ ELAN EDƏ BİLMƏRİK"
Draghi, "İqtisadiyyatda artım gözlədiyimizdən də güclü oldu. Aşağı istiqamətli risklər var, geosiyasi risklər mənasında və xüsusilə məzənnədə risklər var, amma bunlar nisbətən tarazlanıb. Ancaq hələ ki, qələbə elan edə bilmərik, çünki inflyasiya təzyiqləri davam edir və inflyasiya hələ də inandırıcı deyil",- deyib.
AVRO BAHALAŞDI
Draghinin Avro Bölgəsindəki güclü iqtisadi inkişafa diqqət çəkməsi, Avronun bahalaşmasına səbəb olub.
Avro/dollar məzənnəsi, Draghi-nin açıqlamaları ilə yüksəlişə keçib və məzənnə 1 faiz qalxaraq 1.25 səviyyəsini keçərək 1.2528 səviyyəsini görüb (Saat 18:05-ə olan məlumat). Məzənnə 2014-cü ilin Dekabr ayından bəri ilk dəfə 1.25 səviyyəsini aşıb.
Avronun dollar qarşısında bahalaşmasına, Davosdakı çıxışçıların açıqlamaları ilə zəifləyən dollar təsir göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb




















.jpg)




