“Elektron hökumət”də ən çox bu qurumların xidmətlərindən istifadə olunub
2017-ci ildə “Elektron hökumət” portalının xidmətlərindən ən çox istifadə olunan qurumlar bəlli oldu
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan "Marja"ya daxil olmuş məlumata görə, 2017-ci ildə Nazirliyin Məlumat Hesablama Mərkəzinin (MHM) operatoru olduğu “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərə müraciət edənlərin sayı 40 milyonu keçib.
Bu müddət ərzində "Elektron hökumət" portalı üzərindən xidmətlərinə ən çox müraciət olunan 10 qurum aşağıdakılardır:
-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9.341.135
-Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 8.327.251
-Dövlət İmtahan Mərkəzi 3.173.948
-Dövlət Gömrük Komitəsi 961.392
-"Azərsu" ASC 347.243
-Əmlak Məsələləri Dövlət Komitəsi 103.965
-Daxili İşlər Nazirliyi 96.568
-Ədliyyə Nazirliyi 58.253
-Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi 54.417
-Dövlət Miqrasiya Xidməti 52.053
Statistikaya əsasən, 2017-ci ildə portalın təqdim etdiyi xidmətlərə müraciət sayı 40 milyon 625 min 499 təşkil edib. Həmçinin, ötən il portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 minə yaxın olub, ümumilikdə isə portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 700 minə yaxındır.
Vətəndaşların marağına səbəb olan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil sistemi”, “Elektron ipoteka sistemi” kimi bır sıra sosial xidmətlər də elektronlaşdırılaraq portala inteqrasiya olunub. Eyni zamanda, portal dövlət qurumları arasında məlumat mübadiləsini də həyata keçirir. Məlumat üçün qeyd edək ki, MİDA-nın “Güzəştli mənzil sistemi”üçün, 5 dövlət qurumu ilə 7 məlumat mübadiləsi, “Elektron ipoteka sistemi” üçün isə 5 dövlət qurumu ilə16 məlumat mübadiləsi aparılır.
2017-ci il ərzində “Elektron hökumət” portalına 41 yeni elektron xidmət inteqrasiya edilib. Bununla da hazırda portalda olan e-xidmətlərin sayı ümumilikdə 442-ə çatdırılıb.
"Elektron hökumət” portalı tərəfindən təqdim olunan e-xidmətlərdən vətəndaşlarımızın daha çox və səmərəli şəkildə faydalanmaları məqsədilə MHM və Nazirliyin Elektron-Hökumət Təlim Tədris Mərkəzi tərəfindən Bakı şəhərində və regionlarda mütəmadi olaraq həyata keçirilən maarifləndirmə, təbliğat-təşviqat tədbirləri, müsabiqələr və kampaniyalar 2017-ci ildə də davam etdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
5 saat əvvəl
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
23 saat əvvəl
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
-
23 saat əvvəl
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Oktyabrın 26-da gözlənilən hava şəraiti
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
Azərbaycan neftinin son qiyməti
AzVak-da yeni vakansiyalar
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil uduldu!
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Intel-in gəliri 3-cü rübdə artıb
Ən çox oxunanlar
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA
Rusiya Mərkəzi Bankı inflyasiya proqnozu pisləşdirib











.jpg)


.jpg)





.jpg)


