Rusiyanın gizli "qızıl anbarı"
Qızıl ehtiyatlarının dəyəri 73,7 milyard dollar olan Rusiyanın gizli "qızıl anbarı" ilk dəfə media üçün açılıb.
"Marja" xəbər verir ki, "Komsomolskaya Pravda" (KP) qəzetinin müxbirləri Yevgeniy Belyakov və Vladimir Velengurin, Rusiya Mərkəzi Bankının əsas qızıl anbarına girən ilk Rusiya mətbuat nümayəndələri olublar. İkili, ölkənin qızıl anbarına dair bəzi sirləri gün üzünə çıxaran fotoları paylaşıblar.
Anbarın böyük olması diqqəi cəlb edir və burada nizami şəkildə qəfəsli konteynerlər düzülüb. Anbarda bir kvdratmetrə 1 ton qızıl yığılıb.
İşçilər külçələrlə çox diqqətli davranırar. Çünki külçələrə zərər verilməsinə yol verilmir. Qoruyucu qəfəsin içindəki qızılın mükəmməl vəziyyətdə olması lazımdır.
Qızılın daşındığı araba bilyard stolundakı kimi yaşıl bir örtük ilə örtülüb. Bu örtük qızılın cızılmasının və ya başqa cür zərər görməsini qarşısını alır.
Ölçü olaraq kiçik görünsə də külçələri qaldırmaq o qədər də asan deyil. Hər bir külçənin çəkisi 12-13 kiloqramdır.
Külçələr qəfəsli konteynerlərə diqqətli bir şəkildə yerləşdirilir. Hər birinin içərisinə 20 külçə qoyulan konteynerlər daha sonra möhürlənir.
Külçə anbarında işləmək çətin bir işdir. Hər gün 13 kiloqram ağırlığındakı külçələri daşımaq asan deyil. Həmçinin bir çox tələblərə də əməl edilməsi lazımdır. İşçilərin hər bir hərəkəti bir nizam içindədir.
Qızılın bazar dəyəri daim dəyişir. Məhsul birjada ticarət olunur. Hazıda standart bir külçənin dəyəri 550 min dollardır. Təxminən 250 kiloqram ağırlığında tək bir konteynerin qiyməti isə 10 milyon dollardan çoxdur.
Hər bir külçədə qızıl nisbəti 99.95 ilə 99.995 faiz arasında dəyişir. Qalanı isə dəmir, platin, palladium, rodium, qurğuşun, gümüş, mis, nikel kimi metal qalıqlarıdır.
İldə orta hesabla 300 ton qızıl hasil edilən Rusiya bu mənada yalnız Çin və Avstraliyadan geri qalır. Rusiyanın əsas qızıl yataqları Uzaq Şərq, İrkutsk və Krasnoyarsk bölgələrindədir.
Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında qızılın miqdarı hazırda 1800 tondan çoxdur. Rusiya qızıl ehtiyatlarına görə dünyada altıncı yerdədir. 10 il əvvəl Rusiyanın beynəlxalq qızıl ehtiyatlarındakı payı 3% idi. Ancaq son illərdə Mərkəzi Bankın ehtiyatlarını artırması ilə bu nisbət 17%-ə çatıb.
Rusiyanın cəmi qızıl valyuta ehtiyatları təxminən 400 milyard dollardır. Bunun 314,4 milyard dollarını valyutalar, 73,7 milyard dollarını qızıl, 9,8 milyard dollarını digər qiymətli metallar təşkil edir.
Qızıl ehtiyatları ölkənin təhlükəsizlik yastığıdır. Hər hansı bir böhran vəziyyətində və ya valyuta ehtiyatlarının yetərsiz qaldığı hallarda qızıl ehtiyatları satıla bilər. Çünki qızıl beynəlxalq bazarlarda hələ də tələb olunur.
"Qızılın qiyməti hər zaman artar" şəkilində ümumi bir fikir var. Bu fikir bir çox mütəxəssis tərəfindən də dilə gətirilir. Ancaq ümumi dinamikalara baxdıqda belə bir vəziyyət söz mövzusu deyil. Bəzi dövrlərdə uzunmüddətli artım olarkən, bəzi dövrlərdə də onlarla il bir ətalət baş verir. Bu səbəbdən, qarşıdakı illərdə qızılın hansı səviyyədə olacağını təxmin etmək mümkün deyil.
QIZIL EHTİYATLARININ BÖYÜKLÜYÜ BAXIMINDAN DÜNYANIN İLK 10 ÖLKƏSİ
(Dünya Qızıl Şurasının Noyabr 2017-ci il məlumatlarına görə)
ABŞ - 8133 ton
Almaniya - 3374 ton
İtaliya - 2452 ton
Fransa - 2436 ton
Çin - 1842 ton
Rusiya - 1801 ton
Dünyada nə qədər qızıl olduğunu bilmək çətindir. Ancaq təxminən 190 min ton olaraq təxmin edilir. Bunun böyük hissəsi zinət əşyaları halında insanların əlindədir. 33.5 min ton qızıl da ölkələrin mərkəzi banklarının ehtiyatlarındadır. Qalanı isə böyük şirkətlər və fondlar tərəfindən investisiya məqsədli istifadə edilir. Həmçinin qızıl stomatologiya, elektronika və digər sektorlarda da istifadə edilən bir metaldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
-
11 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
12 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
13 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
14 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib






.jpg)








.jpg)







