Azərbaycanın ən çox mal aldığı ölkələr -Rusiya,Türkiyə....
 
 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 114 ölkəyə məhsul ixrac olunmuş, 176 ölkədən idxal olunmuşdur.
 Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21809,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14018,7 milyon dollar, idxalın dəyəri 7790,7 milyon dollar təşkil etmiş, nəticədə 6228,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6 faiz artmış, real ifadədə isə 10,9 faiz, o cümlədən ixrac 6,5 faiz, idxal 17,6 faiz azalmışdır.
 Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,4 faizini İtaliyaya, 10,5 faizini Türkiyəyə, 4,5 faizini  İsrailə, 4,2 faizini Rusiyaya, 3,9 faizini Kanadaya, 3,8 faizini Çexiyaya, 3,6 faizini Almaniyaya, 3,5 faizini Çinə, 3,4 faizini Gürcüstana, 3,2 faizini İndoneziyaya, 3,0 faizini Portuqaliyaya,  2,9 faizini Hindistana,  2,7 faizini Fransaya, 2,4 faizini  Ukraynaya, qalan 17,0  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
 Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 14,7 faizi Türkiyə, 9,8 faizi Çin, 8,7 faizi ABŞ, 5,2 faizi Ukrayna, 4,9 faizi Almaniya, 3,6 faizi İtaliya, hər biri 2,7 faiz olmaqla İran və Birləşmiş Krallıq, 2,2 faizi Braziliya, 1,9 faizi Yaponiya,  hər biri 1,7 faiz olmaqla Norveç və Fransa, 22,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
 2017-ci ilin yanvar-noyabr aylarında 1386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1 faiz, real ifadədə isə 21,8 faiz çoxdur.
 2017-ci ilin yanvar-noyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,0 faiz, təzə tərəvəz – 83,8 faiz, kartof – 50,7 faiz, tütün – 2,0 dəfə, çay – 52,1 faiz, bitki yağları – 0,1 faiz, meyvə və tərəvəz şirələri – 64,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 97,6 faiz, meyvə və tərəvəz konservləri – 5,1 faiz, pambıq lifi – 6,3 dəfə, bentonit gili – 3,2 dəfə artmış, şəkər ixracı isə 42,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 4,1 faiz, polietilen – 13,5 faiz, emal olunmamış alüminium – 27,1 faiz, qara metallardan borular – 3,6 faiz, qara metallardan yarımfabrikatlar – 44,0 faiz, pambıq ipliyi – 25,8 faiz azalmışdır.
 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-noyabr aylarında təzə meyvə idxalı 2,5 faiz, çay – 4,7 faiz, quş əti və onun əlavə məhsulları – 2,2 faiz, mal əti – 92,1 faiz, siqaret – 9,9 faiz, polad prokatı – 9,0 faiz, minik avtomobilləri – 2,0 dəfə, hesablama maşınları, blok və qurğuları – 52,6 faiz, rezin şinlər – 31,5 faiz, qara metallardan çubuqlar – 11,4 faiz,  mineral gübrələr – 19,6 faiz, qara metallardan künclüklər – 23,1 faiz, paltaryuyan maşınlar – 67,5 faiz, məişət kondisionerləri – 23,8 faiz, yük avtomobilləri – 2,2 dəfə, avtobuslar – 2,1 dəfə artmış, buğda idxalı isə 22,2 faiz, xam şəkər və şəkər – 2,6 faiz, bitki yağları – 4,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 7,4 faiz, kartof – 10,7 faiz, təzə tərəvəz – 43,7 faiz, qara metallardan borular – 47,4 faiz, mebel – 19,2 faiz,  polietilen – 8,7 faiz, sement və sement klinkerləri – 92,5 faiz, məişət soyuducuları – 16,4 faiz azalmışdır. 
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
 
                        Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     12 saat əvvəl
                    Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək 
- 
                         📲 İndi
 Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
 ♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
 ♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 
                     13 saat əvvəl
                    Starbucks üçün qəhvə çatdırılması xidməti artıq 1 milyard dollarlıq biznesə çevrilib 
- 
                     13 saat əvvəl
                    Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq 
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 
                     14 saat əvvəl
                    Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq 
- 
                     14 saat əvvəl
                    Azərbaycanda “Huawei”nin həllərinin təqdim edilməsi məsələləri müzakirə olunub 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək
 
                                    Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
 
                                Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
 
                                Çin ABŞ-dan hər il 25 milyon ton soya alacaq
 
                                Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
 
                                Misli.az-da böyük uduş: 1 manatlıq mərc 194 min manat qazandırıb
 
                                Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord səviyyədən geriləyib: 13 milyard dollar azalıb
 
                                “Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb
 
                                İcra başçısı vəzifədən azad olundu
 
                                

 
                         
                    







 
                             
                             
                            .jpg)


 
                                     
                                     
                                     
                                    




.jpg)
