Azərbaycan İpoteka Fondunun xalis mənfəəti kəskin artıb
“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 693,126 mln. manat təşkil edib.
Fondun maliyyə hesabatına əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 8,1% çoxdur.
AİF-in aktivlərinin 77,51%-ni və yaxud 537,273 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il Fondun ipoteka kreditləri portfeli 3,4% kiçilib.
Hesabat ilində AİF-in cəmi öhdəlikləri 1,74% azalaraq 434,881 mln. manata düşüb. Bunun 98,2%-i buraxılmış qiymətli kağızlar hesabına formalaşıb.
Təhlil olunan dövr ərzində Fondun cəmi kapitalı isə 20% artaraq 349,244 mln. manata çatıb. Bunun isə 98,1%-i və yaxud 342,698 mln. manatı dövlət büdcəsindən ayırmalar (nizamnamə kapitalı) olub.
Hesabat dövründə AİF-in faiz gəlirləri 22,096 mln. manat (illik 11,6% artım), faiz xərcləri 10,329 mln. manat (1% azalma), dəyərsizləşmə üzrə zərəri 86 min manat (73,1% azalma), haqq və komissiya xərcləri 424 min manat (1,4% artım), digər gəlirləri 444 min manat (sabit), insan resursları üzrə xərcləri 1,719 mln. manat (1,5% artım), inzibati və digər xərcləri 1,761 mln. manat (10,9% azalma) təşkil edib. Son nəticədə, Fond 2016-cı ili 8,221 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 52,2% çoxdur.
Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















