Şirkətlərdən yığılacaq pul ilə formalaşacaq Fondun büdcəsi təsdiqləndi
Prezident İlham Əliyev“İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanunu təsdiqləyib.
İşsizlikdən sığorta fondunun 2018-i il büdcəsinin gəlir və xərcləri 89,04 mln. manat məbləğində təsdiq edilib.
2018-ci il üçün İşsizlikdən sığorta fondunun işəgötürən və işçi arasında paritet bölgü əsasında əmək haqlarının 1%-i hesabı ilə müəyyənləşdirilən sığorta haqlarından formalaşan büdcə gəlirləri 89 mln. manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 mln. manat, qeyri-büdcə sektoru üzrə 53,6 mln. manat məbləğində proqnozlaşdırılır.
Qanuna əsasən, 2018-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
| Gəlirlərin mənbələri | Məbləğ (manatla) |
1. | İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi o cümlədən: | 89 020 000,0 |
1.1. | büdcədən maliyyələşən təşkilatlar üzrə | 17 726 212,0 |
1.2. | büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə | 17 726 212,0 |
1.3. | digər sığortaedənlər | 53 567 576,0 |
2. | Sair gəlirlər | 20 000,0 |
2018-ci ildə İşsizlikdən sığorta fondunun 89 mln. manat məbləğində nəzərdə tutulan xərclərinin 37,6%-ni və ya 33,5 mln. manatını işsizliyə görə sığorta ödənişləri təşkil edəcək.
İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
| Xərclərin istiqamətləri | Məbləğ (manatla) |
1. | İşsizliyə görə sığorta ödənişləri | 33 478 000,0 |
2. | Peşə hazırlığı və əlavə təhsilin təşkili | 1 613 000,0 |
3. | Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi | 1 150 000,0 |
4. | Əmək yarmarkalarının, əmək birjalarının təşkili | 120 000,0 |
5. | Haqqı ödənilən ictimai işlərin təşkili | 1 788 000,0 |
6. | Özünüməşğulluq tədbirlərinin təşkili | 35 802 000,0 |
7. | Sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi | 1 380 000,0 |
8. | Məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri | 13 709 000,0 |
Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürür. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 52 d. əvvəl
-
-
1 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Dekabrın 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər




















.jpg)






.jpg)
