“Mastercard”ın Azərbaycan üzrə yeni baş direktoru: Rəqəmsallaşma məsələlərinə fokuslanacam
“Mastercard”ın Türkiyə və Azərbaycan üzrə yeni baş direktoru təyin edilib
Bundan öncə “Mastercard” beynəlxaq ödəniş sistemində inkişafda olan Avropa bazarlarında məhsulların hazırlanması üzrə rəhbər köməkçisi vəzifəsini tutan Yiğit Çağlayan şirkətin Türkiyə və Azərbaycan üzrə baş direktoru təyin edilib. O, yeni vəzifəsində Türkiyə və Azərbaycan bazarlarında nağdsız cəmiyyətin inkişafı və rəqəmsallaşma üzrə məsul şəxs olacaq.
Karyerasına başladığı 2000-ci ildən etibarən Türkiyə və Böyük Britaniyada fərdi bankçılıq sahəsində kart, ticarət tərəfdaşları ilə iş və satış kimi fərqli departamentləri idarə edən Yiğit Çağlayan “Mastercard” şirkətində rəqəmsal ödəniş həlli olan “Masterpass”ın regionda yayılması və inkişafına rəhbərlik edib. O, ödənişlərin rəqəmsallaşdırılmasında həm Türkiyə, həm də sürətlə böyüyən Avropa bazarlarında ilkləri həyata keçirən komandalara liderlik edib, “conversational commerce” və tranzit sahələrdə son istifadəçiyə yönəlmiş innovativ layihələrdə məsul şəxs olub.
“Bizim üçün starteji əhəmiyyət daşıyan Türkiyə və Azərbaycan bazarlarını əhatə edən bu vəzifəni yerinə yetirərkən nağdsız cəmiyyət və rəqəmsallaşma məsələlərinə fokuslanmağa davam edəcəm”, - deyə Yiğit Çağlayan bildirib.
Yiğit Çağlayan Marmara Universitetində “Menecment” təhsilinin ardınca Yeditepe Universitetində MBA dərəcəsini alıb. “Mastercard” şirkətinin Türkiyə və Azərbaycan üzrə yeni baş direktoru Yiğit Çağlayan ondan əvvəl bu vəzifədə çalışan Yasemin Bediri əvəzləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat sonra
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)











.jpg)

