Almaniya nəhəngindən virtual pul həmləsi!

Şifrəli pul dünyasında demək olar ki, hər gün sürpriz bir hadisə baş verir. "Marja" xəbər verir ki, bu dəfə mühüm xəbər Almaniyadan gəldi. Almaniya nəhəngi "Robert Bosch Gmbh"in sərmayə şirkəti "Robert Bosch Venture Capital GmbH"in (RBVC), virtual pul IOTA-ya ciddi investisiya edəcəyi bildirilib.
Bosch-ın rəsmi səhifəsilə verilən açıqlamada, IOTA Fondu ilə bağlanmış müqavilə çərçivəsində "Robert Bosch Venture Capital GmbH" (RBVC ciddi miqdarda IOTA pulu satın alacaqdır. Həmçinin Bosch-ın investisiya tərəfdaşlarından Hongquan Jiang, IOTA Fondunda məsləhətçi vəzifəsinə gətiriləcək. Bosch bu an üçün nə qədər IOTA satın alacağı bəyan etməyib. Xəbərdən sonra, bazar dəyəri baxımından dünyanın ən böyük 7-ci virtual pulu olan IOTA təxminən 30% bahalaşaraq 5,33 dollara qalxıb (saat 22:45-ə olan məlumat).
Məsələ ilə bağlı açıqlama verən Hongquan Jiang, "IOTA komandası ilə bir ildən çox müddətdir çalışırıq. IOTA-nın innovativ "tangle" texnologiyasından həyəcan hissi duyuruq. Bosch və IOTA Fondu arasında daha çox birgə fəaliyyətə şahid olacağıq. Yaxın gələcəkdə bu texnologiyanın daha çox sənayedə həyata keçirilməsini səbirsizliklə gözləyirəm",- deyib.
IOTA Fondunun əməkdaşlıq etdiyi texnologiya nəhəngləri arasında Accenture Labs, Deutsche Telekom, Fujitsu, Orange, Samsung Artik və TINE kimi 30-a yaxın nəhəng var. Bu şirkətlərin IOTA-nın həyata keçirəcəyi "bazar yerinə" (yarmarka) qoşulacağı gözlənilir.
IOTA qurucu ortağı və İcraçı direktoru Devid Sonstebo daha əvvəl verdiyi açıqlamada, "yarmarka" layihəsinin firmaların boşa gedən (hHeç bir işə yaramadan yox olan) məlumatları satmalarına və paylaşmalarına imkan verdiyini bildirmişdi.
Sonstebo, "IOTA, komissiyasız əməliyyat sistemi və mərkəzi olmayan "dəftəri" üzərindən datanın bütövlüyünü pulsuz olaraq zəmanət altına alaraq bu göstəricilərin paylaşımını təmin edir",-açıqlamasını etmişdi.
IOTA-nın xüsusiyyətləri nələrdir?
-Blok zənciri (blockchain) istifadə etməyən ilk kripto pul vahididir.
-Tangle olaraq bilinən protokol sayəsində sürətli əməliyyat, etibarlı məlumat təminatı, pulsuz transfer kimi xüsusiyyətə malikdir.
-IOTA, blockchain deyil. Tangle adı verilən, gələcəkdə blockchaini "taxtından" sala biləcək bir xüsusiyyətdir.
-IOTA-da heç bir əməliyyat komissiyası yoxdur.
-IOTA-da mining yoxdur.
IOTA-nın bu an üçün ən böyük çatışmazlığı çox az birjada yer almasıdır. IOTA çox yeni investisiya vasitəsi olduğu üçün yalnız bir neçə exchange saytında mövcuddur. Ancaq geniş vüsət almadığı üçün bir az araşdırmağınız lazımdır.
Yaxın zamanda Bittrex, Poloniex, Cex.io saytlarında da IOTA alışı mövcud olacaqdır. Sözügedən birjalara giriş etdikdən qısa bir müddət sonra IOTA-nın 10 dolları keçəcəyi ehtimal edilir.
29 Noyabr 2017 tarixində İOTA Microsoft, Fujitsu daxil 20 fərqli şirkətlə müqavilə bağladığı üçün təxminən bir həftədə 400% artım göstərdi.
IOTA-nın rəsmi pul kisəsinin qısa zamanda çıxacağı gözlənilir. Ancaq o zamana qədər coin-lər vasitəçi saytda saxlanılır. Rəsmi pul kisəsi çıxdığı anda da IOTA-lar oraya transfer ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 41 d. əvvəl
-
45 d. əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
3 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
4 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
5 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
7 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
7 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
