Qlobal cins heyvan bazarına baxış
Azərbaycan dünyada ən çox cins heyvan idxal edən 15 ölkədən biridir. Lakin 2016-cı ildən başlayaraq respublikadan az sayda olsa da, cins heyvan ixracına başlanılıb. Bir baş cins heyvanın təqribi ixrac qiyməti 2 min 350 ABŞ dolları təşkil edir.
Dünyada hər il 1 milyard dollardan çox cins heyvan ixrac olunur
Cins heyvanların ixrac imkanları ilə bağlı olaraq Kənd Təsərrüfatı Nazirliyinin icmallaşdırma və statistik təhlil şöbəsindən bildiriblər ki, dünyada hər il təxminən 1,1 milyard dollar dəyərində cins heyvan ixracı həyata keçirilir. Azərbaycanın bu sahədəki ixrac imkanlarını qiymətləndirmək üçün qlobal bazardakı ixrac-idxal tendensiyasını nəzərdən keçirmək lazım gəlir.
Son beş ilin göstəriciləri qlobal ixracda azalma baş verdiyini göstərir. Müxtəlif mənbələrin araşdırmalarına əsasən, ixrac olunan cins heyvanların böyük hissəsi “Holştin-Friz” və “Simmental” növləridir.
Əsas ixracatçılar arasında Almaniya birinci yerdədir
Ötən il cins heyvanların əsas ixracatçıları arasında Almaniya birinci yeri tutub. Bu ölkə keçən il 128 min 149 baş cins heyvan ixrac edib. Sonrakı yerlərdə olan Avstraliya 88 min 738 baş, Fransa 52 min 913 baş, Hollandiya 49 min 528 baş və Danimarka 44 min 624 baş cins heyvan ixrac ediblər.
Ümumiyyətlə, Avropa ölkələri, ABŞ, Avstraliya, Yeni Zelandiya və Uruqvay dünya üzrə cins heyvan ixracının 90 faizdən çoxunu həyata keçirirlər. Bununla yanaşı, son illər ABŞ-ın müvafiq ixracı kəskin şəkildə azalıb ki, bu da qlobal ixracın azalmasının əsas səbəblərindən biridir.
Cins mal-qaranın ən böyük idxalçıları İtaliya, Çin, Türkiyə, Hollandiya və Polşadır
Hazırda inkişaf etməkdə olan ölkələrdə cins heyvanların idxalına yüksək tələbat var. Ən böyük idxalatçılar sırasına İtaliya, Çin, Türkiyə, Hollandiya və Polşa daxildir. Keçən il İtaliya 121 min 347 baş, Çin 105 min 860 baş, Türkiyə 64 min 126 baş cins heyvan idxal edib ki, bu da dünya üzrə idxalın 60 faizdən çoxu deməkdir.
Qlobal bazarda cins heyvanların orta idxal qiyməti bir baş üçün təxminən 1900 dollardır.
Azərbaycan üçün potensial bazar hansı ölkələr ola bilər?
Azərbaycandan cins mal-qara ixracı üçün Mərakeş, Özbəkistan, Misir, Qazaxıstan, Pakistan, Türkmənistan, İran, Küveyt, Gürcüstan, Tacikistan, Qırğızıstan, BƏƏ və Qətərə potensial bazarlar kimi baxa bilərik. Son beş ilin məlumatları göstərir ki, Orta Asiya ölkələri idxalın natural ifadə həcmində daha böyük paya malikdir. Məsələn, bu ölkələrdən 2016-cı ildə Mərakeş 14 min 600 baş, Özbəkistan 10 min 137 baş, Misir 8 min 346 baş, Qazaxıstan 5 min 200 baş cins heyvan idxal edib. Bu ölkələrdə orta idxal qiyməti bir baş üçün 2200 dollar olub.
Azərbaycandan 2016-cı ildə idxal 4 min 799 baş, ixrac isə 128 baş təşkil edib. Bu ilin səkkiz ayında həmin göstəricilər müvafiq olaraq 2 min 189 baş və 64 baş olub. Ölkəmizdə heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyi, yeni iri və müasir fermer təsərrüfatlarının yaradılması, süni mayalanma tədbirlərinin intensivləşdirilməsi və digər məqsədyönlü tədbirlə bu sahənin böyük perspektivindən xəbər verir.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ixracata da önəmli təsir göstərəcək
Azərbaycanda 2015-ci ildə aparılan siyahıyaalmaya görə, ölkə üzrə 442 mindən çox təsərrüfatda mal-qara saxlanılır. Cins tərkibinin yaxşılaşdırılması məqsədilə təkcə 2016-cı ildə “Aqrolizinq” ASC-nin xətti ilə 4555 baş iribuynuzlu damazlıq heyvan ölkəyə gətirilərək, güzəştli qiymətə lizinq yolu ilə satılıb. Həmçinin ötən il 103 min 359 heyvan süni mayalandırılıb və 73 min 728 baş buzov alınıb. “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na uyğun olaraq, ötən il 12 min 113 buzova görə 10 min 535 heyvan sahibinə 1,2 milyon manatdan çox subsidiya verilib.
Göygöl rayonunda Süni Mayalama Mərkəzinin yaradılması bu sahədə dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirib. Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var. Respublika Süni Mayalama Mərkəzi ilə paralel olaraq 12 regional süni mayalama məntəqəsi yaradılıb.
Mərkəzdə süni mayalamada istifadə olunmaq üçün Avstriya və Almaniyadan “Simmental”, “Holştin-friz”, “Şvis”, “Şarole”, “Aberdin-anqus” cinsli buğa, İrandan isə cinsi yaxşılaşdırılmış “Mürrah” mənşəli kəlçə alınıb. Bu, mövcud naxırın tərkibinin məhsuldar cinslər əsasında yaxşılaşdırılması üçün damazlıq materialına olan tələbatı ödəyəcək, həmçinin yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş cinslərin genetik imkanlarından faydalanmağa şərait yaranacaq. Ən əsası isə Mərkəzin fəaliyyəti hesabına kiçik və orta təsərrüfatlara məxsus qaramalın da cins tərkibinin yaxşılaşdırılması mümkün olacaq.
Həyata keçirilən məqsədyönlü tədbirlər, eləcə də bu sahəyə dövlət dəstəyi nəticəsində heyvanların cins tərkibinin yaxşılaşdırılması bu sahədə ixracata da önəmli təsir göstərəcəyi gözlənilir.
© azərtac
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
37 d. əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
40 d. əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
44 d. əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
-
50 d. əvvəl
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
-
54 d. əvvəl
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
-
1 saat əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
1 saat əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Ən çox oxunanlar
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
















