"Paket üçün 1,40 manat, bağlama üçün 2,00 manat haqq alınır"
Ölkə xaricindən internet üzərindən alış-veriş saytları vasitəsilə sifariş edilmiş mallar Azərbaycana gəldikdə "Azərpoçt" nümayəndələri bağlamalar üçün ödəniş tələb edir.
Bu haqda oxucular bildirib. Lakin ayrı-ayrı poçt filiallarında tələb olunan məbləğ hər dəfə müxtəlif olur. Bu da alıcılarda müəyyən şübhə və narazılıqlar doğurur.
Məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiayalar Nazirliyinə müraciət edilib. Nazirlikdən bildirilib ki, mövcud qanunvericiliyə əsasən, ölkəyə daxil olan və ölkədən çıxan hər bir gömrüklü poçt göndərişi çəkisindən, dəyərindən və ona gömrük rüsumunun tətbiq olunub-olunmamasından asılı olmayaraq beynəlxalq poçt işləmələri mərkəzində gömrük nəzarətindən keçirilir. Poçt göndərişi alıcıya verilərkən ondan tutulan məbləğ də məhz gömrüklü poçt göndərişinin gömrük orqanının nəzarətinə təqdim edilməsi ilə bağlı poçt işçisinin yerinə yetirdiyi işin haqqıdır: "Gömrüklü poçt göndərişlərinə əşya və ya mal tərkibli CN22 gömrük yarlığı ilə müşayiət olunan çəkisi 2 kq-dək beynəlxalq kiçik paketlər və CN23 gömrük bəyannaməsi ilə müşayiət olunan çəkisi 30 kq-dək beynəlxalq bağlamalar aid edilir.
"Azərpoçt" MMC-nin qüvvədə olan tariflərinə əsasən, beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsinə görə poçt şöbələrində alınan xidmət haqları çəkisindən və dəyərindən asılı olmayaraq, daxil olan beynəlxalq kiçik paketin hər biri üçün 1,40 manat və daxil olan beynəlxalq bağlamanın hər biri üçün 2,00 manat məbləğində müəyyən edilib".
Nazirlik bildirir ki, sözügedən tariflər tarif paketinin "Digər poçt xidmətləri üçün tariflər" hissəsində (II hissə) "Poçt göndərişlərinə dair özəl və əlavə xidmətlər üçün tariflər" bölməsinin (4-cü bölmə) "Beynəlxalq poçt göndərişinin gömrük nəzarətinə təqdim edilməsi" maddəsinin (9-cu maddə) 9.2-ci bəndinin 9.2.1 və 9.2.2 yarımbəndlərində öz əksini tapıb:
"Çəkisi 500 qramdan artıq olan kiçik paketin poçt şöbəsində verilməsi zamanı beynəlxalq qaydalara əsasən, əlavə olaraq 0,60 manat məbləğində verilmə rüsumu alınır (4-cü bölmə, 6-cı maddə, 6.3 bəndi)".
Poçt şöbəsində aparılmış istənilən ödənişə görə, müştəriyə mütləq qaydada üzərində məbləğ qeyd olunmuş və təqvim möhürü vurulmuş hesabat qəbzi (kompüterdə çap olunmuş çıxarış) tələb olunmalıdır. Poçt əməkdaşından ödəniş qəbzinin tələb edilməsi hər hansı qanunsuz ödənişin tutulmasının qarşısını almaq üçün ən etibarlı vasitədir.
Həmçinin, qeyd edilir ki, göndərişin əldə olunması bildiriş yazıldığı gündən 5 gün müddətində ödənişsizdir:
"Bildiriş yazıldıqdan 5 gün sonra, hər gün üçün sadə və sifarişli məktublara görə 0,10 manat, qiymətli məktub (çəkisi 500 qr-dan artıq), kiçik paket və banderola görə 0,20 manat, bağlamaya görə isə hər gün üçün 0,30 manat tələb olunur".
© Milli.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
-
2 gün əvvəl
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Oktyabrın 26-da gözlənilən hava şəraiti
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
Azərbaycan neftinin son qiyməti
AzVak-da yeni vakansiyalar
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil uduldu!
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Intel-in gəliri 3-cü rübdə artıb
Ən çox oxunanlar
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
Bakıdaki ilk inklüziv “Kashalata” kafesi fəaliyyətini davam etdirir!
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA










.jpg)

.jpg)







.jpg)
