Niyə Fazil Məmmədov, niyə Mikayıl Cabbarov?
Prezident İlham Əliyev vergilər naziri Fazil Məmmədovu tutduğu vəzifədən azad edərək onun yerinə təhsil naziri Mikayıl Cabbarovu təyin edib. Hələlik təhsil naziri postuna təyinat yoxdur, lakin cəmiyyət üçün vergilər nazirinin nə üçün işdən azad edilməsi, bu posta niyə təhsil nazirinin təyin olunması sualı daha çox maraq doğurur.
Əslində təəccüblü heç nə yoxdur, bir cümlə ilə ifadə etsək, islahatlar aparılması zərurətə çevrilən bir quruma yeni, islahata açıq obrazı olan şəxs rəhbər təyin olunub. Yeni təyinat Vergilər Nazirliyində ciddi islahatların başlayacağına işarədir. Ölkənin sahibkarlıq sektoru bu islahatları çoxdan gözləyir, cəmiyyət isə nazirliyin sahibkarlar qarşısında yaratdığı süni əngəllərin ölkəyə nəyə başa gəldiyini artıq neçə müddətdir izləyir.
Son illər Azərbaycan prezidentinin çıxışlarının ana xəttini ölkədə sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılmasının vacibliyi təşkil edir. Dövlət başçısı bununla bağlı bir neçə sərəncam imzalayıb, sahibkarlıq subyektlərində əsassız yoxlamaların dayandırılmasını tələb edib, sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi üçün “bir pəncərə” sistemi tətbiq olunub.
Prezidentin bu məsələni xüsusi diqqət mərkəzində saxlaması nəticəsində sahibkarlar üçün yaradılan süni əngəllərin əksəriyyəti aradan qaldırılsa da, problem mahiyyətcə dəyişməyib. Səbəb qanunvericilik bazası ilə deyil, insan faktoru ilə bağlıdır. Yəni verilən göstərişlərə rəğmən, xüsusilə də vergi orqanlarının sahibkarları sıxışdırması, min bir bəhanə ilə onların fəaliyyətinə mane olması günümüzün reallığıdır. Bu reallığı görmək üçün sosial şəbəkələrin, medianın monitorinqini aparmaq kifayətdir. Çox güman ki, Fazil Məmmədovun işdən çıxarılması da ölkədə sahibkarlıq fəaliyyəti üçün yaradılan süni əngəllərlə bağlıdır.
Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi dövründə sahibkarların incidilməsi fakt idi, bu faktlar üzrə nazirliyin bir qrup sabiq yüksək rütbəli əməkdaşlarının məhkəmə prosesi hələ də davam edir. “MTN işi” adlanan proses əslində sahibkarları incidən dövlət qurumlarına işlərində dönüş yaratmaq üçün mesaj idi, lakin təkcə son bir ildə baş verənlər göstərdi ki, vergi orqanları ya bu mesajı anlamayıb, ya da anlamaq istəməyib. Nəticə göz qabağındadır, vergi orqanlarının qanunsuz müdaxiləsi nəticəsində sahibkarlıq obyektləri bağlanır, ölkədən kapital axını artır, şikayətçi iş adamlarının sayı çoxalır. Ən neqativ məqam odur ki, bu proses prezidentin sahibkarlığın inkişafına nail olmaq üçün atdığı addımları kölgə altına salır.
Sual olunur, dövlət başçısı ölkədə sahibkarlığın inkişafında maraqlı deyilsə, yoxlamaların dayandırılması, “bir pəncərə” sisteminin tətbiqi, çoxistiqamətli subsidiyaların verilməsi barədə sərəncamları niyə imzalayır? Demək ki, dövlət bu işdə maraqlıdır, sadəcə prosesin effektini aşağı salan insan faktorudur. Sahibkarlıq fəaliyyəti iqtisadiyyatının onurğa sütunudur, bu sahə nə qədər çox inkişaf etsə, dövlətin onurğa sütunu bir o qədər sağlam olar. Prezidentin son sərəncamları göstərdi ki, Vergilər Nazirliyinin fəaliyyətində neqativ halları aradan qaldırmaq, nazirliyi sahibkarlığa mane olan deyil, sağlam rəqabət mühitinin inkişafına yardım göstərən quruma çevirmək zərurəti yaranıb. Qısası, Vergilər Nazirliyində ciddi islahatlara ehtiyac var, bu ehtiyac çoxdan hiss olunur, dövlət başçısı da islahatların aparılmasını məhz islahatçı anlayışı olan şəxsə tapşırmaqla problemin həllində nə qədər maraqlı olduğunu bir daha göstərdi.
Niyə Mikayıl Cabbarov? Uğurlu təyinat olub-olmadığını sözlə ifadə etməyə ehtiyac yoxdur, yeni nazir bu sualın cavabını öz fəaliyyəti ilə verəcək. Seçim zamanı güman ki, Mikayıl Cabbarovun islahatlar həyata keçirmək qabiliyyəti əsas götürülüb.
Təhsil sektorunda bütün problemlər aradan qalxıbmı? Bunu iddia etmək və nazir işlədiyi 4 il ərzində bütün problemlərin həllini gözləmək yanlışlıq olardı. Amma təhsil sahəsində islahatlar aparıldığını heç kəs inkar edə bilməz, təhsil sektoru ötən dövrlər ərzində xeyli islahatlar aparılan sahə olub. Ona görə də bu şəxsin son dərəcə ciddi islahatlara ehtiyac duyulan vergilər sektoruna rəhbər təyin olunması təəccüblü deyil, məntiqlidir.
Bir çoxları bildirir ki, Fazil Məmmədov öz ərizəsilə vəzifəsindən azad olunub. Onun səhhətində problemlər olduğu da deyilir.
© APA Analitik Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
6 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 6 saat əvvəl
-
7 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
7 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
8 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)









.jpg)









