"AzMeCo"nun aktivləri 800 milyon manat həcmində qiymətləndirilib
Azərbaycan Metanol Şirkətinin (AZMeCo) zavodu hələ ki, hüquqi baxımdan SOCAR-ın tərkibinə daxil olmayıb".
Bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
"Yanvar ayının əvvəlində Nazirlər Kabineti "Aqrarkredit" qeyri-bank təşkilatının hərrac keçirmədən birbaşa SOCAR-a zavodun satılması ilə bağlı müvafiq sərəncam imzalayıb. Bildiyiniz kimi, Nazirlər Kabinetinin müvafiq sərəncamı var idi və o sərəncamda göstərilirdi ki, Dövlət Neft Şirkəti ilə birgə qiymətləndirilməsi həyata keçirilsin və onun alqı-satqısı aparılsın. Bu əməliyyat yay aylarında başa çatıb. Amma mövcud qanunvericiliyin tələblərinə görə, "Aqrarkredit" bu qiymətləndirmədən sonra məhkəməyə müraciət edib, "Azmetanol"dan həmin aktivləri alıb, sonra "Aqrarkredit" özü hərrac yolu ilə satmalı ya da yeni bir göstərişlə birbaşa satmalı idi. Birbaşa satışla bağlı sənəd bu yaxınlarda imzalandığına görə, artıq bütün hüquqi işlər həyata keçirilib", - deyə S.Qasımiv qeyd edib.
Onun sözlərinə görə, ilkin ödəniş üçün "Azərenerji" ASC-nin SOCAR-a olan keçmiş 416 mln. manat borcu köçürüləcək: "Bizim hüquqşünaslar "Aqrarkredit"ın əməkdaşları ilə bu həftədən işlər aparılarlar. Bu vəsait SOCAR-dadır, bu məqsəd üçün gözlənilir və alqı-satqı həyata keçirilən kimi köçürüləcək. Növbəti ödənişlər isə danışılıb, əsasən "Azərenerji"nin yeni borcu - 2015-ci il ərzində ödəmədiyi vəsait hesabına ödəniləcək". Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin müvafiq qəraında da əksini tapıb.
S.Qasımov "Azmetanol" üçün qiymətləndirmənin 520 mln. dollar olduğunu da qeyd edib: "Lakin qiymətləndirmə dolların əvvəlki məzənnəsi ilə aparılıb. Məhkəmə "Aqrarkredit"ə manat ifadəsində təklif verib ki, bu da 800 mln. manatdan artıq bir aktivdir. Onu SOCAR idarə edir".
Həmçinin, bildirilib ki, zavod hazırda fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 d. əvvəl
-
1 saat əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
- 1 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Ən çox oxunanlar
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir






.jpg)






.jpg)





