İlham Əliyev “Zəhmət-Ruzi”nin fəaliyyəti ilə tanış oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub.
İqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Abşeron rayonu üzrə maliyyələşdirilmiş investisiya layihələri, o cümlədən müasir texnologiyalara əsaslanan investisiya layihələrinə ayrılan güzəştli kreditlər, istifadəyə verilən, tikilməkdə olan və inşası nəzərdə tutulan istehsal və emal müəssisələri barədə dövlətimizin başçısına məlumat verdi.
Qeyd olundu ki, son illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xəttilə Abşeron rayonu üzrə ümumi dəyəri 360 milyon manat olan 602 investisiya layihəsinin maliyyələşdirilməsinə 200 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş layihələr hesabına 8700 yeni iş yeri açılıb.
Bildirildi ki, “Zəhmət-Ruzi” MMC-nin dəyəri 42 milyon manat olan logistika mərkəzi, ət kəsimi, ət və süd emalı fabrikindən ibarət aqrar-sənaye kompleksinin ərsəyə gəlməsinə Sahibkarlığa Kömək Milli Fondunun xəttilə 8,3 milyon manat güzəştli kredit ayrılıb. Götürülən kredit artıq tam qaytarılıb.
Prezident İlham Əliyev müəssisə tərəfindən istehsal edilən və “SAB” -“Made in Azerbaijan” brendi altında bazara çıxarılan ət və süd məhsullarının istehsalı prosesi ilə tanış oldu, hazır məhsullara baxdı.
Komplekslə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















