Limitdən artıq olarsa, 2000 manatdək cərimə yazılır
Ölkəmizdə çöl quşlarının ovlanması artıq bir müddətdir başlayıb. Çoxlarımız bilirik ki, ov mövsümündə vəhşi heyvanların və quşların ovlanması müddətləri və normaları var. Yəni kim harda gəldi, nə qədər istədi ovla məşğul ola bilməz. Könlü ov etmək istəyən müvafiq komissiyyadan keçib ovçuluq bileti əldə etməli, lisenziya almalıdır. Lənkəran sakini ovçu Sahib Abdullayev kimi.
Ovçu Sahib Abdullayev: “8 ildir ovla məşqulam bütün ovçuluq sənədlərim var. Ekologiyadan arayış alıb şənbə-bazar ova çıxıram. Çox rahat şəkildə. Sənədlərim qaydasında olduğuna görə heç bir qorxum yoxdur.”
Ov mövsümünə hazırlaşan şəxs hansı heyvan növünü ovlamaq istəyirsə, bunun üçün Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinə və ya əlaqədar rayon şöbələrinə müraciət etməlidir. Hər heyvanı ovlamağın da ayrıca rüsumu var. Həmin rüsumlar ödənildikdən sonra ovçu ov etməyə icazə alır.
1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin məsləhətçi müfəttişi Cavidan Əliyev: “Mülki silahların saxlanmasına dair icazə sənədi təqdim etdikdən sonra imtahan verib ovçuluq bileti alır vətəndaş. Ovçuluq biletinə əsasən şöbəyə müraciət edib, lisenziyalar aldıqdan sonra respublikada olan ovçuluq təsərrüfatlarında öz ehtiyacları üçün lisenziyada nəzərdə tutulmuş sayda çöl quşlarını ovlaya bilərlər.”
Qaşqaldaq cinsinə mənsub quşlardan 6 ədəd, ördək 4 ədəd, qaz isə 1 ədəd ovlanmasna icazə verilir. Əgər limitdən artıq olarsa, həmin vətəndaşlara 1000 manatdan 2 min manatadək cərimə yazılır. Eləcə də əlavə ovlanmış quşa görə ziyan da hesablanır.
Buna baxmayaraq, ölkədə qanunsuz ov edənlər də var. Bu şəxslərə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində bu mövsümdə 3 nəfər saxlanılıb. Onların istfadəsində olan silahlar götürülərək polis şöbəsinə verilib və barələrində protokol tərtib olunub.
1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin məsləhətçi müfəttişi Cavidan Əliyev: “Hal-hazıda şöbə tərəfindən bu il 110 lisenziya verilib vətəndaşlara. Şöbənin xidməti ərazisinin 6 rayon olmasına baxmayaraq əsas ovçuluq təsərrüfatları Cəlilabad rayonunda olduğu üçün yalnız Cəlilabad rayonuna lisenziya verilir.”
Amma lisenziyalar limitlə verildiyindən bəzən ovçular bundan narazılıq edirlər. Hətta bununla bağı ETSN-nin qaynar xəttinə də müraciətlər daxil olur. Həmin müraciətlər araşdırıldıqdan sonra bəzi hallarda əlavə lisenziyaların verilməsi təmin edilir.
1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin məsləhətçi müfəttişi Cavidan Əliyev: “Dövlət tərəfindən ovçuluq təsərrüfatları təsis edilib ki, yalnız insanlar öz ehtiyaclarını ödəmək üçün ərazidə ov etsin. Digər yerlərdə isə qəti olaraq qadağan edilmişdir.”
Turac, kəklik, qu quşu, qızıl qaz kimi quşların ovlanmasına icazə verilmir. Çünki həmin quşların adları “Qırmızı kitab”a düşüb və nəsli kəsilmək üzrədir.
© ARB
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 9 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
12 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 13 saat əvvəl
-
14 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
14 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)



.jpg)



