WoWoman Azərbaycan platforması 50 xanıma liderlik keyfiyyətlərini öyrədib
4 Noyabr, 2017-ci il tarixində WoWoman Azərbaycan qadınların inkişaf platformasının ABŞ Səfirliyinin dəstəyi ilə həyata keçirildiyi “WoWoman in Me” 6 həftəlik intensiv liderlik və mentorluq proqramının bağlanış konfransı baş tutub.
“WoWoman in Me” proqramının məqsədi xanımlara öz xəyallarını müəyyən etmək və onları həyata keçirmək üçün lazımi bilikləri əldə etməkdə dəstək olmaqdır. Bu proqram çərçivəsində WoWoman Azərbaycan platforması 50 xanıma liderlik keyfiyyətlərini öyrədib, onları fərdi və peşəkar məqsədlərinə çatmaqda kömək ola biləcək mentorlarla görüşdürüb.
Platformanın təsisçisi, Zara Hüseynova: “Biz bu proqramı Harvard, Stanford, Massaçusets Texnologiya İnstitutu (MIT) da daxil olmaqla, TED konfranslar, tədbirlər və təlimlərdə öyrədilən təcrübəyə əsaslanaraq təşkil etdik. Bu bizim bu günə qədər həyata keçirdiyimiz ən böyük layihəmizdir və iştirakçıların müsbət rəyləri bizi hədsiz ruhlandırır."
Tədbirin xüsusi qonağı Google şirkətinin rəsmisi Nina Levçuk cəmiyyətin inkişafında mentorluğun rolundan danışıb. Avropa İttifaqının ölkəmizdəki Birinci Müşaviri Denis Daniilidis isə stereotiplərdən azad olaraq, gələcəyi dəyişdirməyin mümkünlüyünü vurğulayıb. ABŞ Səfirliyinin İctimaiyyətlə Əlaqələr üzrə söbə müdiri Karolina Savec öz təcrübəsinə əsaslanaraq karyera qurmaqda kömək ola biləcək vasitələrdən, xüsusi ilə çevrənin formalaşmasından danışıb. Panel müzakirələri “Qadınların inkişafında qeyri-formal təhsilin rolu” və “Qadın sahibkarların biznes dünyasında əhəmiyyəti” mövzularının əhatə edib.
Tədbirdə daha sonra WoWoman qadınların inkişaf platformasının 2018-ci il üçün planları açıqlanıb, məktəblərdə, universitetlərdə, xüsusən də regionlarda keçirmək istədikləri təlimlər haqqında məlumat verilib.
Qeyd edək ki, Gəncə şəhərində də bir neçə proqram həyata keçirən platforma, regionlarla bağlı fəaliyyətini artırmaq və daha geniş qadın kütləsinə dəstək olmaq üçün çalışır. Bunun üçün Bakıda offllayn keçirilən tədbirlədən əlavə, WoWoman Azerbaijan Facebook qrupu üzərindən çox-istiqamətli fəaliyyət davam etdirilir.
WoWoman platforması Azərbaycanda 2.5 il öncə yaranıb və genişlənərək 50+ qadını birləşdirən komandaya çevrilib. Bu komanda tərəfindən 125-dən artıq tədbir, təlim, seminarlar təşkil olunub, İT və sahibkarlıq da daxil olmaqla 25 proqram, yoqa və psixologiya kursları həyata keçirilib. WoWoman hazırda Pakistan, Ukrayna, Belarus da daxil olmaqla bir neçə xarici ölkədə fəaliyyət göstərir. Platformanın fəaliyyəti haqqında daha ətraflı məlumatıhttp://wowoman.org/ linkindən və ya aktiv Facebook qrupundan əldə edə bilərsiniz:https://www.facebook.com/wowoman.org/
WoWoman Azərbaycan platformasını dəstəkləmək üçün, bu linkdən WoWoman gündəliyini əldə edib, qadınların təhsil almağına və karyera qurmağına kömək edə bilərsiz: http://wowoman.org/wowomanplanner
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
7 saat əvvəl
Pezeşkisn müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
-
8 saat əvvəl
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Odero ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçdi, xüsusi status aldı
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Pezeşkisn müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
Əmanətiniz illik 12 % gəlir gətirsin!
İran Hörmüz boğazında onlarla mina yerləşdirib
"Hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik"
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
Ən çox oxunanlar
İran: Neftin 200 dollara qalxmasına hazır olun
Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
Dövlət şirkəti ləğv olunur






















