İpotekadan 3,5 milyon manat qazanıb
“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) cəmi aktivləri 2017-ci il oktyabrın 1-nə 874,415 mln. manat təşkil edib.
Fondun maliyyə hesabatına görə, bu, 2016-cı il oktyabrın 1-i ilə müqayisədə 29,25% çoxdur.
AİF-in aktivlərinin 631,564 mln. manatını və yaxud 72,2%-ni ipoteka kreditləri təşkil edib. Son 1 ildə fondun kredit portfeli 17,4% böyüyüb.
Hesabat dövründə AİF-in cəmi öhdəlikləri 37,15% artaraq 471,994 mln. manat, o cümlədən buraxılmış qiymətli kağızlar üzrə öhdəliyi 37,9% artaraq 465,712 mln. manat olub.
İl ərzində fondun cəmi kapitalı 19,4% artaraq 397,544 mln. manata, o cümlədən nizamnamə kapitalı 14,4% artaraq 377,279 mln. manata çatıb.
Bu ilin yanvar-sentyar aylarında AİF-in faiz gəlirləri 9,41 mln. manat (1 il əvvələ nisbətən 30,2% az). faiz xərcləri 3,259 mln. manat (58% az), dəyərsizləşmə üzrə zərəri 249 min manat (45,3% az), haqq və komissiya xərcləri 108 min manat (64,8% az), insan resursları üzrə xərcləri 1,927 mln. manat (54,8% çox), inzibati və digər xərcləri isə 434 min manat (66% az) təşkil edib. Son nəticədə fond hesabat dövrünü 3,432 mln. manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin ilk 9 ayı ilə müqayisədə 27,9% azdır.
Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























