“Bank VTB Azərbaycan” maliyyə göstəricilərini açıqlayıb
“Bank VTB Azərbaycan” 2017-ci ilin 9 ayını 2 milyon 420 min manat xalis mənfəət ilə başa vurub. Mənfəət, ehtiyatların azad olması nəticəsində yaranıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə Bankın cəmi gəlirləri 19 milyon 936 min manat, o cümlədən faiz gəlirləri 10 milyon 730 min manat, qeyri-faiz gəlirləri isə 9 milyon 207 min manat təşkil edib.
9 ayda Bankın cəmi xərcləri isə 35 milyon 83 min manat, o cümlədən faiz xərcləri 22 milyon 670 min manat, qeyri-faiz xərcləri isə 12 milyon 413 min manat təşkil edib. Xərclər gəlirlərdən çox olduğundan 15 milyon 146 min manat əməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 18 milyon 416 min manat azad edilib (Bu bankda problemli kreditlərin azaldığına işarədir), nəticədə zərər bağlanıb və Bankın 3 milyon 270 min manat mənfəəti yaranıb. Bank mənfəətindən 849 min manat mənfəət vergisi ödəyib. Beləliklə, “Bank VTB Azərbaycan” 2017-ci ilin 9 ayını 2 milyon 420 min manat xalis mənfəət ilə başa vurub.
30 Sentyabr 2017-ci il tarixində "Bank VTB Azərbaycan" 395 milyon 105 min manat cəmi aktivlərə, 357 milyon 245 min manat cəmi öhdəliklərə və 37 milyon 860 min manat cəmi balans kapitalına malik olub.
Bank 2016-cı ilin sonunda 435 milyon 563 min manat cəmi aktivlərə, 399 milyon 431 min manat cəmi öhdəliklərə və 36 milyon 131 min manat cəmi balans kapitalına malik idi.
Bankın müştərilərə verdiyi kreditlər (məqsədli ehtiyatlar çıxılmaqla) 321 milyon 116 min manatdan 279 milyon 238 min manata geriləyib. Bankda depozitlər isə 43 milyon 129 min manatdan, 40 milyon 499 min manata düşüb.
“VTB Azərbaycan” Azərbaycan Mərkəzi Bankına 30 milyon manat, götürdüyü kreditlər üzrə isə banklar və digər maliyyə institutlarına 140 milyon 178 min manat borcludur. Bundan başqa, digər banklar “VTB Azərbaycan”a 136 milyon 256 min manat depozit yatırıblar.
30 Sentyabr 2017-ci il tarixində “VTB Azərbaycan” 50 milyon manat məcmu kapitala malik olub.
MƏNFƏƏT VƏ ZƏRƏR HESABATI
III rub 2017 | |
| İlin əvvəlindən hesabat tarixinə qədər |
Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi | 10 730,08 |
Faizlər və onlara bağlı xərclər, cəmi | 22 669,59 |
Xalis faiz mənfəəti (zərəri) | - 11 939,51 |
Qeyri-faiz gəlirləri, cəmi | 9 206,88 |
Qeyri-faiz xərcləri, cəmi | 12 413,21 |
Xalis əməliyyat mənfəəti (zərəri) | - 15 145,85 |
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | - 18 415,58 |
Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər) | 3 269,73 |
Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi |
|
Vergilər ödənilənədək xalis mənfəət (zərər) | 3 269,73 |
Mənfəətdən ödənilən vergilər | 849,35 |
Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) | 2 420,38 |
AKTİVLƏR | |
| III RUB 2017 |
Nağd vəsaitlər | 8 813,83 |
Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar) | 59 346,16 |
Banklara verilmiş kreditlər | 7 480,88 |
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi | - |
Qiymətli kağızlara investisiyalar |
|
Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla) | 279 238,59 |
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər | 1 479,29 |
Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi |
|
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər | 1 794,18 |
Digər aktivlər | 36 953,05 |
CƏMİ AKTİVLƏR | 395 105,98 |
ÖHDƏLİKLƏR | |
Depozitlər | 40 499,34 |
AMB-nın banka qarşı tələbləri, cəmi | 30 000,00 |
Digər bankların tələbləri (“Loro" hesabları), cəmi | 213,30 |
Banklar və digər maliyyə institutlarının kreditləri | 140 178,71 |
Bankların depozitləri | 136 256,33 |
Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi | 6 665,39 |
Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri |
|
Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla) |
|
Digər passivlər | 3 432,44 |
CƏMİ ÖHDƏLİKLƏR | 357 245,52 |
KAPİTAL | |
Xüsusi kapital, cəmi | 37 363,15 |
a) dövriyyədə olan adi səhmlər | 50 815,00 |
b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla) |
|
c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq |
|
d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi | - 13 451,85 |
Ümumi ehtiyatlar, cəmi | 497,30 |
Cəmi kapital | 37 860,45 |
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL | 395 105,98 |
Kapitalın strukturu, min manatla
| III rüb 2017 |
|
|
I dərəcəli kapital : | 34 942,77 |
Adi səhmlər | 50 815,00 |
Keçmiş illərin mənfəət/zərəri | - 15 872,23 |
Cari ilin zərəri | - |
I dərəcəli kapitaldan tutulmalar | 1 794,18 |
Tutulmalardan sonra I dərəcəli kapital | 33 148,59 |
II dərəcəli kapital : |
|
Ümumi ehtiyatlar | 497,30 |
Cari ilin mənfəət | 2 420,38 |
Kapitalın digər vəsaitələri | 13 942,40 |
II dərəcəli kapitalın cəmi | 16 860,08 |
Məcmu kapital | 50 008,67 |
Risk dərəcəsi üzrə ölçülmuş aktivlər | 98 478,20 |
| III rüb 2017 | AR MB tərəfindən təyin olunmuş norma |
I dərəcəli kapitalın adekvatlıq əmsalı | 33,54% | 5% |
Məcmu kapitalın adekvatlıq əmsalı | 50,69% | 10% |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"





















