"Azərbaycan yeni neft müqaviləsini əvvəlkindən daha üstün şərtlərlə imzalayıb"
 
 Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.
  
 MM-dən verilən məlumata görə, iclasda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət  Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər LTD, Ekson Azərbaycan Limited, İndeks Sausvest Kaspian Si, İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin  qəbul və təsdiq  edilməsi, həyata keçirilməsinə dair” qanun layihəsi müzakirə  edilib.
  
 Komitə sədri Valeh Ələsgərov sənədin şərhi  zamanı bildirib ki, yenilənmiş saziş bu il sentyabrın 14-də Bakıda imzalanıb. Görülən işlərin nəticəsi kimi indiyədək podratçı tərəflər mənfəətlərindən 14,4 milyard dollar mənfəət vergisi ödəyib. Dövlət Neft Şirkətinin törəmə şirkəti podratçı tərəf olaraq mənfəət neftinin satışından 5,9 milyard dollar qazanıb. Müqavilə şərtlərinə uyğun olaraq texnoloji tələbat üçün istifadə olunmayan 41,7 milyard kubmetr həcmində səmt qazı ötürülüb. Mövcud məlumata görə, adı çəkilən yataqlarda ən azı 500 milyon tona yaxın çıxarıla biləcək neft ehtiyatı var.
  
 Qeyd olunub ki, müqavilənin əvvəlki müddəti 2024-cü ilə qədər olduğundan qalan 7 ildə hasilat aşağı düşəcəkdi. Bu hasilatı isə sonradan bərpa etmək çox çətin olacaqdı. Ona görə də müqavilə müddətinin uzadılması, yenilənməsi çox uzaqgörənliklə atılmış bir addımdır. 
  
 V. Ələsgərov deyib ki, Azərbaycan dövləti və Dövlət Neft Şirkəti yenilənmiş müqaviləni bundan əvvəlki müqavilədəki şərtlərdən də üstün şərtlərlə imzalayıb. Dövlət Neft Şirkətinin danışıqlar nəticəsində daha üstün, əlverişli şərtlər əldə etməsində əsas amillərdən biri həm neft, həm də qaz sahəsində artıq heç bir riskin olmamasıdır. Bunun üçün də həmin xarici investorlar Azərbaycana hər il 450 milyon dollar olmaqla, 8 il bonus ödəyəcəklər.
  
 Çıxış edən Kamran Nəbizadə, Rövnəq Abdullayev, Mirkazım Kazımov, Mirzəcan Xəlilov, Mixail Zabelin sənədin əhəmiyyətini  vurğulayıblar. Qeyd olunub ki, bu müqavilə Azərbaycan dövlətinin və xalqının maraqlarına cavab verməklə, ölkənin inkişafını daha da sürətləndirəcək, siyasi və iqtisadi qüdrətini möhkəmləndirəcək.
  
 Müzakirələrdən sonra saziş təsdiqlənməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
© APA
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
 
                        Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 19 d. əvvəl
- 
                           
- 44 d. əvvəl
- 
                     46 d. əvvəl
                    Azərbaycanda 5 bankın 9 aylıq əməliyyat gəlirləri 225 milyon manatdan çoxdur 
- 
                     50 d. əvvəl
                    "Artıq 138 hektarlıq sahənin yarıdan çoxu investorlara təqdim edilibib" 
- 
                     58 d. əvvəl
                    Amazon şirkətinin satışları artıb - 3 ayda 180 milyard dollar gəlir 
- 
                     1 saat əvvəl
                    InvestAZ və Naxçıvan Dövlət Universiteti maliyyə bazarları üzrə praktik seminar təşkil etdi 
- 
                     1 saat əvvəl
                    iPhone satışları artıb, Apple rekord məbləğdə gəlir əldə edib 
- 1 saat əvvəl
- 
                     2 saat əvvəl
                    Azərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO 
- 2 saat əvvəl
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Türkiyənin xarici ticarət kəsiri sürətlə artıb
 
                                    Elm və Təhsil Nazirliyində yoxlamalar başlayıb
 
                                Amazon şirkətinin satışları artıb - 3 ayda 180 milyard dollar gəlir
 
                                iPhone satışları artıb, Apple rekord məbləğdə gəlir əldə edib
 
                                Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
 
                                Rəsmi məzənnələr açıqlandı
 
                                Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək
 
                                Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
 
                                Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
 
                                Starbucks üçün qəhvə çatdırılması xidməti artıq 1 milyard dollarlıq biznesə çevrilib
 
                                Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
 
                                ABB-dən Zəfər Günü ilə bağlı sosial kampaniya!
 
                                

 
                         
                    





 
                             
                             
                             
                            



 
                                     
                                     
                                     
                                    


