Fed/Yellen: Faizin mərhələli artırılması davam edəcək
ABŞ Mərkəzi Bankının (Fed) sədri Janet Yellen, "ABŞ iqtisadiyyatında bu il baş verən ən böyük sürpriz inflyasiya olub",- deyib.
Janet Yelen, Vaşinqtonda keçirilən "G30 Beynəlxalq Bankçılıq Konfransında" "ABŞ İqtisadiyyatı və Pul Siyasəti" mövzusunda çıxış edib.
"Marja" xəbər verir ki, ölkə iqtisadiyyatının bu il mülayim dərəcədə artmaqda davam etdiyini qeyd edən Yellen, son dövrlər Texas, Florida və Porto Rikoya təsir edən qasırğaların, üçüncü rüb iqtisadi artım göstəricilərinə mənfi təsir göstərəcəyini, ancaq bunun uzunmüddətli olmayacağını bildirib.
Yelen, ABŞ-da iqtisadi inkişafın ilin ikinci yarısında potensialın üzərində qalmağa davam edəcəyi proqnozunu dilə gətirib, Federal Açıq Bazar Komitəsinin (FOMC) iqtisadi inkişafın bu il artan istehlakçı xərclərinin, özəl sektor investisiyalarının və ixracın dəstəyilə 2,5%-ə çatmasını gözlədiyini bildirib.
"Məşğulluğun gələcək aylarda toparlanacağını gözləyirəm"
Yellen, əmək bazarının da güclənməyə davam etdiyini deyərək, builki aylıq məşğulluq artımının orta hesabla 170 min səviyyəsində balanslaşdığını xatırladıb.
Sentyabr ayında məşğulluqdakı 33 minlik azalmanı xüsusilə Floridaya təsir edən İrma Qasırğasının təsirini əks etdirdiyini dilə gətirən Yelen, bunları qeyd edib:
"Qələcək aylarda qasırğalardan əziyyət çəkənlər yaralarını sarıdıqca və insanlar işlərinə geri döndükcə məşğulluğun artacağını gözləyirəm. Sentyabr ayı məşğulluq hesabatının digər tərəfləri isə olduqca güclü idi. Qasırğalardan qabarıq şəkildə təsirlənməmiş kimi görünən işsizlik nisbəti 4.2%-ə gerilədi. Bu, 2016-nın sonuna nisbətən 0,5 bənd daha aşağı və FOMC-ın uzunmüddətli proqnozlarından aşağı qalan bir nisbətdir".
Yellen, həmçinin sentyabrda məvaciblərdə qeyd edilən 0,5%-lik artımı "cəsarətverici" olduğunu bildirib.
"ABŞ iqtisadiyyatında bu il baş verən ən böyük sürpriz inflyasiya olub"
Fed sədri Yellen, inflyasiyaya dair, "ABŞ iqtisadiyyatında bu il baş verən ən böyük sürpriz inflyasiya olub", ifadəsi ilə başlayıb.
Şəxsi istehlak xərcləri qiymət indeksinin (PCE) ilin əvvəllərində 2%-ə və baza PCE qiymət indeksinin də 1,9%-ə çatdığını xatırladan Yellen, buna qarşı son aylardakı inflyasiya göstəricilərinin təəccübləndirən dərəcədə zəif qaldığını ifadə edib.
"Mən hesab edirəm ki, inflyasiya əmək bazarında davam edən güclənmə ilə növbəti il yüksələcəkdir. FOMC-dakı həmkarlarımın çoxu bu fikirdədir. Son iqtisadi proqnozlar inflyasiyanın gələn il yüksəlməyə başlamasını və 2019-da 2%-ə çatmasını nəzərdə tutur".
"Faizin mərhələli artırılacağını gözləyirik"
Yellen, balansın azaldılmasına bu ay başlayacaqlarını xatırladıb. Bankın 4,5 trilyon dollarlıq balansının mərhələli şəkildə azaldılacağın vurğulayan Yellen, FOMC üzvlərinin faizin mərhələli artırılmasının davam etdiriləcəyini gözlədiklərini sözlərinə əlavə edib.
Fed Sədri Yellen, 12-13 Dekabrda keçiriləcək FOMC toplantısında faizin artırılıb artırılmayacağı barədə aydın bir siqnal verməyib. Bazarlarda, ilin son toplantısına faizin artırılacağı gözləntisi isə 80%-in üzərindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
15 saat əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
16 saat əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
16 saat əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
17 saat əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
17 saat əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
17 saat əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq






















