Tiflisdə 10 manata, Bakıda isə 18 manata satılır
Ötən gün Dövlət Gömrük Komitəsinin ölkədə yağ monopoliyasına dair verdiyi açıqlamada bəzi məqamlar ictimaiyyət tərəfindən müzakirələrə səbəb olub.
Məlumatda qeyd edilir ki, yağın ötən il 1 kiloqramı 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib.
Təəccüb doğuran məqam bu ilin yağın 4,28 dollar, yəni 7 manata rəsmiləşdirildiyi halda bazarda artıq qiymətin 18 manata çatmasıdır. Ortada 11 manatlıq fərq yaranır. Nəzərə alsaq ki, 4 dollar yağın ölkəyə gətirilmə qiymətidir. Həmin qiymətin üstünə 15 faiz gömrük tarifi, 18 faiz isə ƏDV vergisi hesablanır. Nəticədə 33- 34 faiz yağın üzərinə əlavə qiymət gəlir. Bu da hardasa 2-3 manat əlavə pul deməkdir. Son nəticə olaraq, yağın ölkəyə gətirilməsi xərci 10-11 manat təşkil edir.
Amma reallıq ondan ibarətdir ki, yağlar bazarda rəsmiləşdirildiyi qiymətin üzərinə bir o qədər də pul qoyulmaqla istehlakçılara təqdim edilir.
Sual olunur ki, Dövlət Gömrük Komitəsi, yoxsa sahibkar yağın qiymətinin qalxmasında maraqlıdır? Yəni, əhalini narazı salan kimlərdir?
Çünki yağ gündəlik istehlak səbətində əsas istifadə edilən məhsul olduğu üçün onun qiymətinin qalxması əhali üçün ciddi narahatlıq doğurur.
Dövlət Gömrük Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Natiq Axundovla əlaqə saxlanıb. O ötən gündən etibarən açıqladıqları statistik rəqəmlərlə bağlı çoxlu sayda sorğu aldıqlarını bildirib. Komitə növbəti dəfə məsələyə aydınlıq gətirəcəyini vurğulayıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, yağın qiyməti dövlət tərəfindən tənzimlənən mal və məhsulların siyahısına daxil deyil.
İqtisadçı ekspert Natiq Cəfərli bununla bağlı bildirib ki, burada əsas məsələ rəqabət mühitinin yaradılması ilə bağlıdır: “Əgər bazarda sağlam rəqabət olarsa, sahibkarlar da bunu nəzərə alıb qiyməti ona görə təyin edərlər.
Gömrük Komitəsi özü də etiraf edib ki, yağ hər kilosu 4,28 dollara rəsmiləşib, yəni, 7,2 manata: “Tutalım, logistik xərcləri də hər kiloya 1, 5 dollar olsun, yəni 2,55 manat. Deməli, Bakıya yağ 9,75 manata daxil olur. Bəs necə olur ki, 18 manata satılır?! Harada görünüb ki, malın üzərinə dəyəri qədər də qoyub satasan?! Gömrük Komitəsi necə izah edə bilər ki, Yeni Zelandiyadan gələn yağ Tiflisdə 10-11 manata satılır, Bakıda 18-19 manata?!
Komitənin açıqlamasının davamında qeyd olunur ki, 2016-cı ildə Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib. (cəmi 51 şirkət olduğunu deyirlər).
Komitə həmin şirkətlərin adlarını açıqlaya, kimlərə məxsus olduğunu deyə bilərmi? Məsələn, Gürcüstana ərzaq gətirən 1000-dən çox hüquqi və fiziki şəxs var, rəqabət belə yaranır.
Sərhədyanı rayonlarda yaşayan əhali, sizcə, niyə Gürcüstandan, Rusiyadan, İrandan öz ailələri üçün yağ keçirmək istəyir? Çünki o ölkələrdə ucuzdur. Bəs niyə həmin ölkələrdə ucuz olan yağ Azərbaycanda baha olmalıdır? Bunu necə izah edə bilərsiniz? Nədən vətəndaşa öz ailəsi, lap qonşusu üçün 5-6 kq yağ keçirməyə imkan vermirsiniz?!
Gömrük qurumunun fəlsəfəsi daxili bazarı qorumaq, vətəndaşa xidmət etməkdir, bu orqanın yanaşması bir ovuc insanların varlanmağına xidmət etmək olmamalıdır”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















