Mərkəzi Bank növbəti hərracı elan etdi

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit növbəti hərracı keçiriləcək.
“Marja” xəbər verir ki, 09 oktyabr 2017-ci il tarixində keçiriləcək hərrac ilə 100 milyon manat cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 10,01% – 14,99% müəyyən olunub.
Xəbər verdiyimiz kimi, 02.10.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 574 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir. Mərkəzi Bank cəmi 200 milyon manat cəlb etmişdi.
Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat sonra
-
-
14 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
19 d. əvvəl
Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq

Tesla-nın satışları rekord səviyyəyə çatıb

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub
Ən çox oxunanlar

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır
