Prezident Safari Parkında - 480 hektar ərazi, 790 heyvan
 
 Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar.
Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. “Safari” sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, səyahət etmək, yolçuluq, gəzinti mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilib. Bu gün safari turizmi ovçuluq və ya foto-ovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə “sakit ov” da adlandırırlar. Azərbaycanda da fotosafari turlarının həyata keçirilməsi üçün geniş imkanlar var. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bununla bağlı məsələlər yer alıb. Strateji Yol Xəritəsində qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirərək, bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlayacaq. Yaradılacaq marşrutlar üzrə əlverişli fəaliyyət cədvəli tərtib ediləcək. Buraya milli parklarda potensial turizm kampinq yerlərinin müəyyən edilməsi və işlənib hazırlanması üzrə də təkliflərin irəli sürülməsi daxildir. Təhlil nəticəsində məqsədəuyğun hesab edilərsə, bu kampinq yerlərinin işlədilməsi özəl operatorlara da həvalə oluna bilər. Qeyd edək ki, sənəddə Şamaxı Safari Parkının yaradılacağı da qeyd olunmuşdu. Artıq Şamaxı Safari Parkı hazırdır.
Parkla tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyasi məqsədilə 2014-cü ildə yaradılan “Azər Ekov” MMC qısa müddətdə bu istiqamətdə zəruri olan işləri görməyə başlayıb. “Azər Ekov” MMC ilk olaraq vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-a üzv olub. Bununla da “Azər Ekov” MMC bu assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib və bu quruma Ermənistanın üzv olmasının qarşısını alıb. IDUBA-nın təşkil etdiyi görüşlər sayəsində üzvlər müəyyən vaxt ərzində yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı və s. ilə bağlı fikirlərini bölüşürlər. Bu assosiasiyanın tədbirlərində bərabərhüquqlu üzv kimi iştirak edərkən “Azər Ekov” MMC qarşısına beynəlxalq təcrübəni mənimsəmək, xarici mütəxəssislərin Azərbaycan təbiətinə marağını cəlb etmək kimi hədəflər qoyub.
Bildirilibki, “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Belə ki, hazırda pakda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.
Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Belə ki, 36 kilometr uzunluğunda enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib. Maral, lan və muffonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Bundan başqa, parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunub. İnzibati bina və qonaq evinin ərazisində geniş abadlıq işləri aparılıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
 
                        Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     1 gün sonra
                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı! 
- 
                           
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 
                     6 saat əvvəl
                    “Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu 
- 
                     6 saat əvvəl
                    4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir! 
- 
                     6 saat əvvəl
                    Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO 
- 6 saat əvvəl
- 
                     6 saat əvvəl
                    53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır 
- 
                     7 saat əvvəl
                    9 ayda Azərbaycan Rusiyaya 879 milyon dollarlıq qeyri-neft malları ixrac edib 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
 
                                    "PAŞA Həyat"da yeni təyinat
 
                                    “Monetri” BOKT və və onun vəzifəli şəxsi cərimələnib
 
                                Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
 
                                53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Ən çox oxunanlar
 
                                Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
 
                                Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
 
                                Avrozonada inflyasiya hədəfə yaxınlaşıb
 
                                

 
                         
                    




 
                             
                             
                             
                            .jpg)




 
                                     
                                     
                                     
                                     
                                    





.jpg)
