İki yeni fabrik istifadəyə veriləcək
Mingəçevir Sənaye Parkının yaradılması müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına hesablanıb. Bir müddət öncə sənaye parkında tikintisinə başlanılan “İplik-1” və “İplik-2” müəssisələrində Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları quraşdırılacaq, ilkin mərhələdə ildə 20 min ton iplik istehsal ediləcək. Bu müəssisələrdə 550 nəfərin işlə təmin olunacağı planlaşdırılır. Ümumiyyətlə isə parkda birinci mərhələdə 2 min, sonra 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulub.
Hədəf yalnız yeni iş yerlərinin açılması deyil, həm də yüngül sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılmasıdır. Mingəçevir şəhəri isə bu sahədə zəngin ənənəyə və kadr potensialına malikdir.
Layihə rəhbəri İsrail Asaliyev bildirib ki, şəhərdə işsizliyin aradan qaldırılmasında, əhalinin məşğulluğunun təminatında sənaye parkının çox böyük rolu olacaq. Eyni zamanda, bu park Mingəçevir Dövlət Universitetinin tələbələrinin təcrübə keçməsi üçün baza rolunu oynayacaq.
May ayında Mingəçevir Sənaye Parkına daxil olan 9 müəssisədən ikisinin tikintisinə başlanılıb. Son dörd ayda müasir texnologiya əsasında aparılan inşaat işləri hazırda sürətlə davam etdirilir. Əsas istehsal sahələri ilə yanaşı, köməkçi qurğu və avadanlıqların quraşdırılması və inşası da diqqət mərkəzində saxlanılır. “İplik-1” və “İplik-2” fabriklərinin istehsal sahələrində pambıq mahlıc şəklində qəbul olunub ipə çevriləcək. Həmçinin corab və kosmetika müəssisələri də tikiləcək.
Layihə rəhbəri qeyd edib ki, “İplik-1” və “İplik-2” fabriklərinin hər birinin illik istehsal gücü 10 min ton olacaq. Birinci iplik fabrikinin bir hissəsində artıq tikinti işləri yekunlaşıb və havalandırma, elektrik, təhlükəsizlik sistemləri, digər kommunikasiyalar qurulur. İkinci iplik fabrikində isə metal-konstruksiya işləri davam edir. Hər iki fabrikin bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan Mingəçevir Sənaye Parkında inşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyuluşu nəzərdə tutulub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















