Sərnişinlər "Dərnəgül"dən "28 May"a birbaşa gələ bilməyəcəklər
"28 May" stansiyasında nə dəyişəcək?"Xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” stansiyasının fəaliyyəti tam dayandırılmayacaq".
Bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirirb.
"Bu, xətlərin ayrılması layihəsi çərçivəsində Yaşıl xəttin "Dərnəgül"–"Nizami" stansiyaları arasında işləməsi deməkdir. "28 May" öz fəaliyyətini davam etdirəcək. Sadəcə, Yaşıl xətdən istifadə edən sərnişinlər "28 May"a birbaşa gələ bilməyəcəklər, çünki "28 May–Nizami" arasında tunellərdə tikinti işləri aparılacaq. "Nizami" faktiki olaraq Yaşıl xəttin son stansiyası rolunda çıxış edəcək.
Şəhər nəqliyyatında xətlərin ayrılması zamanı müəyyən məhdudiyyətlər qaçılmazdır. Biz süni intellekt əsaslı rəqəmsal həllərlə sərnişinlərimizin gediş-gəliş məlumatlarını təhlil etmişik. "20 Yanvar", "Gənclik" və digər bütün stansiyalardan xətlərarası dəyişikliklərin analizi bizdə mövcuddur. AYNA ilə bu məlumatları paylaşmışıq və alternativ avtobus xətləri müəyyən olunacaq.
Qeyd edim ki, "Nizami" stansiyasına 3 dəqiqə intervalda gələn bir qatarda 1600-ə yaxın sərnişin daşınır. Onları "28 May"a transfer etmək üçün hər 3 dəqiqədən bir 20 avtobus lazım olardı ki, bu da həm texniki cəhətdən müşkül məsələdir, həm də şəhərin mərkəzində ciddi sıxlıq yarada bilər. Buna görə alternativ avtobus marşrutları ilə bu məsələnin tənzimlənməsi planlaşdırılır. AYNA ilə əməkdaşlıq şəraitində bu barədə ictimaiyyətə ətraflı məlumatlar veriləcək".
Onun sözlərinə görə, “Həzi Aslanov-2” stansiyası konseptual planda Y-17 şərti adı ilə nəzərdə tutulub:
""Həzi Aslanov-2" bizim konseptual planda Y-17 şərti adı ilə adlandırılan stansiyadır. Həmin stansiya müstəqil işləməyəcək — "Xətai" stansiyasına birləşməlidir və bunun üçün növbəti üç stansiya ilə tunellərin tikilməsi zəruridir. Hazırlanmış yeni tender paketinə həmin stansiya da daxildir. Önümüzdəki ildən aktiv tikinti işlərinə başlanılacaq və 2030-cu ilə qədər istifadəyə veriləcək".
Şəhərin mürəkkəb geoloji ərazisində: B-5 stansiyası necə tikiləcək?
“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov vurğulayıb ki, B-5 stansiyasının yerləşəcəyi ərazi geoloji baxımdan ciddi şəkildə təhlil olunub:
B-5 stansiyası Bənövşəyi xəttin növbəti stansiyasıdır. Bənövşəyi xəttin çox böyük potensialı var - 7 vaqonluq qatarların hərəkəti üçün infrastruktur qurulub və şəhərə ən çox sərnişin daxil olan şimal hissədən mərkəzə istiqamətlənir. "Nizami" ətrafında xətlərarası dəyişməni təmin etmək üçün bu ərazi seçilib.
Tikinti məsələsinə gəlincə, bəli, ərazinin geologiyası mürəkkəbdir, 60-70-ci illərdə tətbiq olunan kesson üsulu artıq yoxdur, hətta deyərdim ki, indi qadağandır. Müasir tikinti texnikası çox inkişaf edib. Stansiyanın yerləşdiyi ərazi ciddi şəkildə təhlil olunub - stansiya və tunel qrunt suları səviyyəsinin daha alt hissəsinə yerləşdiriləcək. Dünya təcrübəsində çayların və boğazların altından keçən tunellər mövcuddur: müasir tikinti texnologiyasında bunun çətinliyi yoxdur".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
10 yeni metro stansiyası
Vüsal Aslanov vurğulayıb ki, dövlət proqramı çərçivəsində paytaxtda 10 yeni metro stansiyasının inşası planlaşdırılır:
"Şərti adı B4 olan stansiyanın cari ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir, çünki orada əsas mühəndis işləri tamamlanıb və daxili tərtibat prosesinə başlanılıb. Digər 9 stansiya üçün bu il tender elan ediləcək və növbəti ildən tikinti işlərinə start veriləcək.
Yaşıl xətt üzrə inkişaf əsasən şəhərin şərq hissəsini əhatə edəcək və 2030-cu ilə qədər dörd yeni stansiyanın — Y-14, Y-15, Y-16, Y-17 — inşası ilə “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətinə qədər olan boşluq doldurulacaq. Bu stansiyalar Ağ Şəhər, 8 Noyabr prospekti və Nargilə dairəsi kimi strateji nöqtələrdə yerləşəcək. Bənövşəyi xətt üzrə isə şəhər mərkəzində şaxələndirmə yaratmaq məqsədilə 6 yeni stansiyanın — B-4-dən B-8-ə qədər — tikilməsi nəzərdə tutulur. B-5 (Nizami), B6A (Sahil) və B7 (Xətai) stansiyaları mövcud xətlərlə kəsişərək qovşaq və keçid funksiyasını yerinə yetirəcək.
Binəqədi, Yasamal və Xırdalan kimi ərazilərə metronun çəkilməməsi isə texniki səbəblərlə izah olunur. Şəhərin mərkəzi hissəsi alternativ keçidlərlə şaxələndirilmədən birbaşa kənar qəsəbələrdən xətlər çəkilərsə, mövcud mərkəzi infrastruktur həddindən artıq yüklənərək iflic ola bilər. Bakının "rəqəmsal əkizi" üzərində aparılan simulyasiyalara əsasən, ilk növbədə, Bənövşəyi xəttin şəhər mərkəzinə tam inteqrasiyası hədəflənir. Bu xətt mərkəzə tam uzadıldıqdan sonra Xırdalan, Masazır, Sumqayıt, Bakı-Şamaxı istiqamətindən gələn sərnişin axınını effektiv şəkildə qarşılamaq mümkün olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
39 d. əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
-
52 d. əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
1 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
1 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb














.jpg)











