Bakıda ilk dəfə “Africa Week” – Afrika Həftəsi keçirilir
Afrikadan gətirilən qəhvə, kakao, çay, meyvələr və digər məhsullar Bakıda sərgidə. Böyük maraqla qarşılanır.Bakıda ilk dəfə olaraq “Africa Week” – Afrika Həftəsi beynəlxalq layihəsinə start verilib. Layihə “Africa–Azerbaijan Cooperation” təşkilatı tərəfindən təşkil olunur və Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi, ticarət, investisiya, kənd təsərrüfatı, təhsil, səhiyyə və mədəni əməkdaşlığın inkişafına xidmət edir.
“Africa Week” çərçivəsində Caspian Agro Week beynəlxalq kənd təsərrüfatı sərgisində ilk dəfə olaraq Afrika Pavilyonu təşkil olunub. Pavilyonda Afrika ölkələrinin məhsulları, kənd təsərrüfatı və qida sənayesi məhsulları nümayiş etdirilir. Tədbir çərçivəsində həmçinin ilk Azərbaycan–Afrika Biznes Paneli keçirilir, istehsal müəssisələrinə səfərlər təşkil olunur, tibbi turizm və təhsil mübadiləsi sahələrində əməkdaşlıq imkanları müzakirə edilir.
Afrika Pavilyonunu Azərbaycan Respublikasının Prezidenti İlham Aliyev və ailə üzvləri ziyarət edib, pavilyon iştirakçıları ilə görüşərək xatirə şəkli çəkdiriblər. Bu hadisə layihə iştirakçıları tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanıb.
Tədbirin önəmli qonaqları sırasında aşağıdakı şəxslər yer alır:
• Dr. Amany Asfour — Afrika Biznes Şurasının Prezidenti
• Charles Kahuthu — Afrika Biznes Şurasının vitse-prezidenti, eyni zamanda Şərqi Afrika Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (EACCIA) CEO-su və Regional Koordinatoru
• Sonia Toro — 2022-ci ildən etibarən Avropa–Afrika Ticarət Palatasının (EUACC) İcraçı Direktoru
• Adeshola Helen Onadipe — Afrika–Ərəb Qadınlar Ticarət Palatasının Prezidenti
• Alexander Kofi-Mensah Mould —Millennium Development Authority (MiDA) təşkilatının Baş icraçı direktoru
İlk dəfə olaraq Afrikanın 11 ölkəsindən 50-dən çox iş adamının iştirak etdiyi “Africa Week” tədbirləri böyük coşğu və maraqla davam edir. Afrika ölkələrindən gətirilən müxtəlif növ qəhvə, kakao, çay, meyvələr və digər məhsullar sərgidə nümayiş olunur və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.
Eyni zamanda, Afrikadan gələn sahibkarlar sərgidə iştirak edən digər şirkət və pavilyonlarla yaxından tanış olur, Azərbaycan istehsalı olan məhsulların Afrika bazarına ixrac imkanları ilə maraqlanırlar. Görüşlər çərçivəsində gələcək əməkdaşlıq, idxal-ixrac əlaqələri və birgə layihələr üzrə müzakirələr aparılır.
“Africa–Azerbaijan Cooperation” təşkilatının təsisçisi Rəna Qəfərova bildirib ki, “Africa Week” gələcək illərdə Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi və humanitar əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək beynəlxalq platformaya çevriləcəkdir.
Əlaqə:
Africa–Azerbaijan Cooperation
www.afazchamber.com
E-mail: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























