"Expressbank"da yeni təyinatlar olub
Samir Tağıyev Komplayens departamentinin direktoru, Elnur Məmmədov Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifələrinə təyin olunublar"Expressbank" ASC-nin Müşahidə Şurasının qərarı ilə bank, hüquq və nəzarət sahəsində uzunillik təcrübəyə malik Samir Azadxan oğlu Tağıyev Komplayens departamentinin direktoru, zəngin bankçılıq və risk menecmenti təcrübəsinə malik Elnur Yavər oğlu Məmmədov Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifələrinə təyin olunublar.
Bu barədə Marja.az Banka istinadən xəbər verir.
Samir Azadxan oğlu Tağıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili, Bakı Dövlət Universitetində hüquq üzrə, Azərbaycan Dövlət İqtisad Universitetində isə Biznesin Təşkili və İdarəedilməsi üzrə magistr təhsili almışdır.
O, 2012 – 2016-cı illərdə “Dəmirbank” ASC-də Hüquq departamentinin Bank Fəaliyyətinin Hüquqi Tənzimlənməsi şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib.
2016–2021-ci illərdə “Yelo Bank” ASC-də müxtəlif vəzifələrdə çalışaraq, son olaraq Hüquq departamentinin direktoru vəzifəsini tutub. 2021–2022-ci illərdə “Kapital Bank” ASC-də Hüquq və Komplayens departamentində şöbə rəisi kimi fəaliyyətini davam etdirib.
Karyerasının davamında, 2022-2025-ci illər ərzində "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsdə şöbə müdiri vəzifəsində çalışıb.
Bundan sonra “Expressbank” ASC-nin Korporativ Hüquq şöbəsinin rəhbəri olaraq fəaliyyətinə davam edib.
Elnur Yavər oğlu Məmmədov – Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin İdarə Edilməsi (MBA) üzrə magistr pilləsini tamamlamışdır.
O, 2008 – 2015- ci illər ərzində “Yapı Kredi Bank” QSC-də və “TuranBank” ASC-də müxtəlif vəzifələrdə çalışaraq əməliyyat risklərinin idarə edilməsi sahəsində mühüm təcrübə qazanıb və Əməliyyat, İmic və Strateji Risklərin İdarə Edilməsi şöbəsinin müdir müavini vəzifəsinə qədər yüksəlib.
2015 – 2019-cu illərdə "AtaBank" ASC-də Risk Menecmenti departamentinin Əməliyyat Risklərinə Nəzarət şöbəsinin rəisi vəzifəsinə qədər karyera yüksəlişi əldə edib.
2019-cu ildə fəaliyyətini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirən Elnur Məmmədov burada makroprudensial nəzarət və risklərin idarə edilməsi istiqamətində çalışıb.
2020-ci ildən etibarən isə Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. O, prudensial siyasət üzrə aparıcı və böyük analitik, daha sonra Əməliyyat Riskləri şöbəsinin rəisi, son olaraq isə Risklərin İdarə Edilməsi departamentinin Strateji və Əməliyyat Risklərinin İdarə Edilməsi şöbəsinin rəisi vəzifəsində çalışıb.
Bank yeni təyinatların idarəetmə strukturunun daha da gücləndirilməsinə, risklərin effektiv idarə olunmasına və komplayens mühitinin beynəlxalq standartlara uyğun inkişafına mühüm töhfə verəcəyinə inanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
-
47 d. əvvəl
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
13 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
14 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
14 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
15 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Qızılın qiyməti 4 200 dollar/unsiyadan da aşağı düşdü
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
Ən çox oxunanlar
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım





















