Azərbaycan ərəblər ilə elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsünü müzakirə edib
Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq çərçivəsində keçirilən görüşdə neft-qaz, bərpa olunan enerji, enerji səmərəliliyi, regional enerji dəhlizləri və logistika sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Qeyd edilib ki, strateji xarakterli ikitərəfli əlaqələr dövlət başçıları arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq və dostluq münasibətlərinə əsaslanır. Xüsusilə enerji sektorunda birgə layihələrin, habelə iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsi və onun enerji üzrə alt-komitəsinin fəaliyyəti, ikitərəfli əməkdaşlığın inkişafında mühüm rolu vurğulanıb.
Görüşdə karbohidrogenlərin qlobal enerji balansında mühüm payı və təbii qazın keçid enerji mənbəyi kimi əhəmiyyəti müstəvisində enerji şirkətlərinin hər iki ölkədə iştirak etdiyi birgə layihələrin icrası, təbii qazın ixracı və mövcud infrastruktur vasitəsilə Avropa bazarlarına çıxış imkanları dəyərləndirilib. Həmçinin 230 MVt gücündə günəş elektrik stansiyası bərpa olunan enerji sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi qeyd olunub.
“Masdar” şirkəti ilə 1000 MVt gücündə günəş və külək layihələrinin icrası istiqamətində işlərin davam etdiyi bildirilib. Eyni zamanda Cənub Qaz Dəhlizinin modeli əsasında Azərbaycanla Avropa İttifaqı arasında Qara dəniz vasitəsilə elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsü müzakirə edilib. Bildirilib ki, bu layihə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji keçidi baxımından mühüm rol oynayacaq. Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik enerjisi interkonnektoru üzrə yaradılmış Birgə Müəssisə barədə məlumat verilib. Layihənin hazırda texniki-iqtisadi əsaslandırma mərhələsində olduğu, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən maliyyələşdirildiyi bildirilib. BƏƏ ilə regional enerji təchizatı və logistika istiqamətləri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, enerji səmərəliliyi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Bu çərçivədə ESCO modeli üzrə Birləşmiş Ərəb Əmirliklərinin qabaqcıl təcrübəsinin bölüşdürülməsi və bu sahədə yeni istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
-
37 d. əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
53 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
3 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı






.jpg)
.jpg)













