SOCAR-da işçilər azaldılıb, maaş artırılıb
SOCAR üzrə müəssisə və təşkilatlar daxil olmaqla, 1 yanvar 2017-ci il tarixinədək işçilərin faktiki sayı 50735 nəfər təşkil edir.
SOCAR-ın 2016-cı il üzrə illik hesabatında bildirilir ki, hesabat dövrü ərzində SOCAR-a 3009 nəfər işə qəbul edilib. Onlardan 1089 nəfəri SOCAR-ın müəssisələrində işləyən, 1920 nəfəri isə kənardan işə qəbul olunan işçilərdir. İşə qəbul edilənlərdən 2 nəfərə ilk iş yeri olduğuna görə əmək kitabçası açılıb.
Həmin müddət ərzində 4376 nəfər işdən azad olunub.
01.01.2017-ci il tarixinədək SOCAR-da işləyənlərdən 5981 nəfəri rəhbər işçi, 9398 nəfər mütəxəssis, 279 nəfər texniki icraçı və 35077 nəfər fəhlədir. O cümlədən 8532 nəfəri qadın, 188 nəfəri təqaüdçü, 16587 nəfəri ali təhsillidir. 2016-cı il ərzində vəzifəyə təyin olunma ilə əlaqədar SOCAR-ın prezidenti və Kadrların İdarə Edilməsi Komitəsi tərəfindən 115 əmək müqaviləsi bağlanıb. Həmin müddət ərzində 1168 nəfərlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
01.01.2016 - 01.01.2017-ci il dövrü ərzində SOCAR üzrə işçilərin sayı 1369 nəfər azalaraq 01.01.2017-ci il tarixinədək 50735 nəfər təşkil edib. İşçilərin sayının azalması struktur islahatlarının aparılması və müəssisələrdə işçilərin sayının optimallaşdırılması ilə əlaqədardır. Həmin dövr ərzində 4376 nəfər işdən azad olunub. 4376 nəfər işdən azad olunanlardan 2505 nəfərin işdən azad olunması işçinin təşəbbüsü və SOCAR-da struktur dəyişikliyi nəticəsində müəssisələrarası yerdəyişmə səbəbindən olduğunu nəzərə alaraq hesabat ilində əmək müqavilələrinə xitam verilənlərin sayı 1871 nəfər təşkil edir. İşdən azad olunanlardan 716 nəfər təqaüd yaşına görə, 425 nəfərin iş yerlərinin sərbəstləşdirilməsi, 189 nəfərin vəfat etməsi, 5 nəfərin hərbi xidmətə getməsi, 453 nəfərin əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar, 83 nəfər əlilliyə görə (səhhəti ilə əlaqədar) işdən azad olunub. Beləliklə, 2016-cı il ərzində SOCAR üzrə kadr axımı 5,1% təşkil edib. 2016-cı il ərzində SOCAR-ın müəssisələrinə 3009 nəfər işə qəbul olunub. O cümlədən, 1089 nəfər şirkətdaxili yerdəyişmə ilə əlaqədar və 1920 nəfər kənardan işə qəbul olunanlardır.
MAAŞ 9% ARTIB
2016-cı ildə SOCAR üzrə cəmi hesablanmış əmək haqqı və digər ödənişlər 595,68 mln. manat olub ki, bu da 2015-ci il ilə (563,68 mln. manat) müqayisədə 32 mln. manat və ya 5,7% çoxdur.
2016-cı ildə işçilərə cəmi hesablanmış əmək haqqı və digər ödənişlərin tərkibində vəzifə (tarif) maaşlarının məbləği 315,96 mln. manat və ya əmək haqqı fondunda xüsusi çəkisi 53% təşkil edib. Şirkət üzrə işçilərin orta aylıq əmək haqqı 968,1 manat təşkil edib. 2015-ci il ilə (887,26 manat) müqayisədə 80,84 manat və ya 9,11% artıb.
Belə ki, 2016-cı ildə mümkün olan maksimal iş vaxtı fondu 10 281 640 adam/gün təşkil edir və bunun 94,2%-dən və ya 9 685 605 adam/günündən səmərəli istifadə edilib. Bir nəfərə düşən orta aylıq iş vaxtı 16 adam/gün olub. İş vaxtından artıq işlənmiş iş saatları - cəmi 945 418 adam(saat) təşkil edib. 1 nəfərə düşən iş vaxtından artıq iş 2,3 adam/gün təşkil edir.
Ağır və zərərli əmək şəraitinə görə əlavə ödənişin məbləği 2015-ci illə müqayisədə 2% azalıb, 2016-cı ildə bu məbləğ 7553,9 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
7 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 8 saat əvvəl
-
9 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
10 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)







.jpg)
