Worldcard 5 yaşında: 5 ildə 1.5 milyon manat bal hədiyyə!
Türkiyənin ilk kredit kartı olan Worldcard-ın Azərbaycan bazarına Yapı Kredi Bank tərəfindən təqdim olunmasından 5 il keçir.
Worldcard ilə Azərbaycan ödəmə sistemlərinin inkişafında önəmli rola sahib olan Yapı Kredi Bank Azərbaycan 5 ildir ki, Azərbaycandakı müştərilərini Worldcard-ın üstünlüklərlə dolu dünyasıyla da dəstəkləyir.
Azərbaycanda ödəmə sistemləri sektoruna önəmli yeniliklər gətirən Yapı Kredi Bank Azərbaycan, mütərilərinə Worldcard ilə hissə-hissə ödəmə, bal kimi xüsusiyyətlərdən əlavə, nağd avans çəkimi, virtual kart, əlavə kart və assitant xidmətləri də təqdim etməkdədir. Müxtəlif kampaniyalar hazırlayan Worldcard, Azərbaycandakı müştərilərinə səyahətdən smartfona kimi müxtəlif hədiyyələr təqdim etmişdir.
Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin sədri cənab Cenk Yüksel 5 yaşlı Worldcard üçün bunları dedi: “29 ildir Türkiyənin ən çox qazandıran kredit kartı Worldcard, 5 ildir ki, ölkəmizdəki müştərilərinin həyatlarına da dəyər qatır. Keçdiyimiz bu müddət ərzində Worldcard-la müştərilərimiz 1.5 milyon AZN bal qazandı və qazandıqları ballarla World Üzv Ticarət Obyektlərində pulsuz alış-veriş etdilər. Bu gün Yapı Kredi POS terminallarının sayı ölkə üzrə 1500-ün üzərinə çıxdı.”
Hər dəfə müştərilərinə fürsətlərlə dolu kampaniyalar təklif edən Worldcard, 5 yaşı münasibətilə də inanılmaz kampaniya təklif edir. Belə ki, 15 Sentyabr-31 Oktyabr tarixlərində Worldcard-la edilən hər beşinci alış-verişi hədiyyə edir. Ətraflı məlumatı www.worldcard.com.az adresindən və ya *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.
Yapı Kredi Bank Azərbaycan Haqqında
Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)
.jpg)
















