Azercell tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
Azercell 06.04.2026-cı il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid “SuperSən”, “GəncOL”, “Sadə” və “İstəSən” tarif paketlərində dəyişikliklər edəcək.Azercell tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
Marja.az xəbər verir ki, bu, "Azercell Telekom" şirkətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, mobil internetə və rəqəmsal xidmətlərə artan tələbat istifadəçilərin mobil cihazlar üzərindən internetə daha çox bağlı qalmasını zəruri edir. Dünya üzrə mobil data trafiki də bu tendensiyanı təsdiqləyir. Ericsson Mobility Report məlumatlarına görə, bir smartfon üçün orta aylıq data istifadəsi yaxın illərdə əhəmiyyətli dərəcədə artacaq, operatorlar isə buna cavab olaraq paket həcmlərini genişləndirir və sərfəliliyi artırırlar. Azercell 06.04.2026-cı il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid “SuperSən”, “GəncOL”, “Sadə” və “İstəSən” tarif paketlərində dəyişikliklər edəcək. Şirkət bu addımla istifadəçilərin artan internet və mobil ünsiyyət tələbatını qarşılayır.
Bu məqsədlə bir sıra “SuperSən” tarif paketləri üzrə internet həcmi 1GB artırılacaq. “SuperSən 1GB”, “SuperSən 3GB”, “SuperSən 6GB”, “SuperSən 10GB” tarif paketləri müvafiq olaraq “SuperSən 2GB”, “SuperSən 4GB”, “SuperSən 7GB”, “SuperSən 11GB” tarif paketləri ilə əvəz ediləcək. Tarif paketlərinin qiymətləri isə müvafiq olaraq 8 AZN, 12 AZN, 17 AZN, 22 AZN təyin olunacaq.
Digər “SuperSən” tarif paketləri üzrə internet həcmi isə 2GB artırılacaq. “SuperSən 20GB”, “SuperSən 30GB” tarif paketləri “SuperSən 22GB”, “SuperSən 32GB” tarif paketləri ilə əvəz olunacaq. Tarif paketlərinin qiymətləri isə müvafiq olaraq 32 AZN, 42 AZN təyin olunacaq.
Eyni zamanda, Azercell gənc istifadəçilərin mobil ünsiyyət tələbatını nəzərə alaraq “GəncOL” tarif paketlərini optimallaşdıraraq həm əlavə internet, həm də danışıq dəqiqələri təqdim edib. Bütün “GəncOL” tarif paketləri üzrə danışıq dəqiqələri artırılacaq və WhatsApp tətbiqində (bütün funksiyalarından, yəni səsli və video zənglər, media paylaşımı və s.) istifadə üçün əlavə olaraq 500 MB internet həcmi təqdim ediləcək. “Həftəlik GəncOL” tarif paketində mövcud dəqiqə sayı 100 dəqiqə artırılaraq qiyməti 3,90 AZN təyin olunacaq. “GəncOL 6” və “GəncOL 9” tarif paketlərində isə mövcud dəqiqə sayı 200 dəqiqə artırılaraq qiymətləri müvafiq olaraq 8 AZN və 11 AZN təyin olunacaq. Qeyd edək ki, bütün “GəncOL” tarif paketləri çərçivəsində WhatsApp və digər mesaj mübadilə sistemlərində mətn yazışmaları üçün cari imkanlar əvvəlki şərtlər ilə saxlanılacaq.
Bununla yanaşı “Sadə 6” tarif paketi çərçivəsində təqdim olunan bonuslardan əlavə olaraq 1GB internet trafiki təqdim olunacaq və “Sadə 8” paketi ilə əvəz ediləcək. Paketin qiyməti 8 AZN təşkil edəcək. “İstəSən” tarif paketi çərçivəsində paketin başlanğıc internet həcmi 4GB-dək artırılacaq, qiyməti isə 9 AZN təyin ediləcək.
Bu yeniliklər abunəçilərə daha sərfəli və geniş imkanlar təqdim etməklə onların gündəlik ünsiyyət və sosial fəaliyyətlərini dəstəkləyir. Tətbiq ediən dəyişikliklər danışıq, yazışma və internet istifadəsi baxımından istifadəçilərin ehtiyaclarına cavab verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib




















