Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ və İsrailin İrana qarşı hücumlarının genişlənməsi və Hörmüz boğazında tankerlərin hərəkətinə təhdidlər neft bazarında qıtlıq ilə bağlı narahatlıqları artırıb.

Marja xəbər verir ki, qlobal etalon sayılan Brent nefti 22 iyul 2024-cü ildən bəri ilk dəfə olaraq 85 dollar səviyyəsini aşıb.

Analitiklər yuxarı yönlü risklərin davam etdiyini, qiymətin 100 dollara çata biləcəyini gözləyirlər.

İrana hücumların başladığı gündən etibarən neftin qiymətində artım 16%-i keçib, bir barel üzrə bahalaşma isə 12 dollar təşkil edib.

ABŞ və İsrailin İrana qarşı zərbələri və İranın ABŞ hərbi bazalarına, eləcə də Fars körfəzi ölkələrində enerji obyektlərinə cavab zərbələri maksimum gərginliyə gətirib.

Bundan əlavə, İran dünya neft tələbatının təxminən beşdə birinin (gündəlik 20 milyon barel neft və neft məhsulları) keçdiyi Hörmüz boğazını bağladığını elan edib.

“Bu həcm yalnız qismən alternativ marşrutlarla (Səudiyyə Ərəbistanı və BƏƏ-dən gündəlik 6 milyon bareldən çox olmayan boru kəmərləri vasitəsilə) yönləndirilə bilər. Bazarda mövcud olan artıq təklif nəzərə alınsa belə, gəmilərin boğazdan keçməsinin tam dayanması gündəlik təxminən 10 milyon barel (istehlakın 10%-i) çatışmazlıq yarada bilər. Bu, qiymətləri hazırkı səviyyədən xeyli yüksək səviyyələrə qaldıra bilər”, - analitiklər xəbərdarlıq edib.

03.03.2026 16:15

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18