Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
Tramp, ABŞ-ın məqsədinin İranın raket və nüvə silahı əldə etməsinin tamamilə qarşısını almaq olduğunu bildirib və vurğulayıb ki, “Nüvə silahına malik İran ABŞ üçün qəbuledilməzdir.” İrana hücumların yeni mərhələyə keçəcəyinə işarə edən Trump deyib ki, hərbi əməliyyatlarda “böyük dalğa” hələ başlamayıb və yaxın vaxtlarda daha sərt addımlar atılacaq.ABŞ Prezidenti Donald Tramp Ağ Evdə verdiyi açıqlamada İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların davam etdiyini bildirərək, əsas məqsədinin İranın raket potensialını və nüvə silahı əldə etmə ehtimalını tamamilə aradan qaldırmaq olduğunu deyib.
“İran ABŞ-a çata biləcək raket hazırlayırdı”
Marja xəbər verir ki, Tramp ABŞ-ın İrana qarşı böyük əməliyyatlar həyata keçirdiyini qeyd edərək, İran rejiminin ballistik raket proqramının sürətlə genişləndiyini və qısa müddətdə ABŞ ərazisinə çata biləcək imkanlara sahib ola biləcəyini iddia edib.
O, İranın nüvə silahı əldə etmək niyyətindən imtina etmədiyini irəli sürərək bildirib:
“Nüvə silahına malik İran ABŞ üçün qəbuledilməzdir.”
Prezident əməliyyatların hədəflərinin dəqiq müəyyənləşdirildiyini vurğulayaraq, İranın raket imkanlarının məhv edilməsinin və nüvə silahı əldə etməsinin qarşısının alınmasının prioritet olduğunu deyib.
Bundan əlavə, İranın sərhədlərindən kənardakı silahlı qruplara maliyyə və yönləndirmə imkanlarının da aradan qaldırılmasının hədəfləndiyini bildirib.
Tramp əməliyyatlar çərçivəsində 10 gəminin zərərsizləşdirildiyini açıqlayıb.
ABŞ-ın planlaşdırılan vaxt qrafikindən daha sürətli irəlilədiyini qeyd edən prezident ilkin olaraq 4–5 həftəlik təqvim nəzərdə tutulduğunu, lakin zərurət yaranarsa əməliyyatların daha uzun davam edə biləcəyini istisna etməyib.
Digər tərəfdən, Tramp əməliyyatlar zamanı həlak olmuş dörd ABŞ hərbçisi ilə bağlı da danışaraq, onların ölümü ilə əlaqədar dərin kədər hissi keçirdiyini bildirib.
“İrana qarşı böyük dalğa hələ başlamayıb”
Tramp Ağ Evdəki çıxışından əvvəl televiziya proqramına telefonla qoşularaq, həftəsonu Yaxın Şərqdə İsraillə birlikdə İrana qarşı başlanan hərbi əməliyyatların gedişi barədə danışıb.
ABŞ ordusunun İranı “yerlə-yeksan etdiyini” iddia edən Tramp belə deyib:
“Düşünürəm ki, hər şey çox yaxşı gedir. Çox güclüyük. Dünyanın ən böyük ordusuna sahibik və ondan istifadə edirik.”
Əməliyyatların müddəti ilə bağlı suala isə o, “Çox uzun çəkməsini istəmirəm” cavabını verib və əlavə edib ki, İrana qarşı hərbi əməliyyatlarda “böyük dalğa” hələ başlamayıb.
ABŞ-ın İran xalqına “rejimdən ölkələrinin idarəsini geri almağa kömək etmək üçün” hərbi əməliyyatlardan başqa hansı addımlar atdığı ilə bağlı suala cavab olaraq Trump deyib:
“Bəli, həqiqətən də bunu edirik. Amma hazırda hamının evdə qalmasını istəyirik. Çöl təhlükəsiz deyil. İrana hələ ciddi zərbə vurmağa belə başlamamışıq. Böyük dalğa hələ başlamayıb. Böyük dalğa çox yaxında başlayacaqdır.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA







.jpg)






.jpg)





