Qlobal bank qızılın qiymətinin artacağını proqnozlaşdırır - İlin ortasında 6200 dollara yüksələcək
Qızılın qiymətinin son günlər düşməsinə baxmayaraq, UBS bu ilin ortası üçün yuxarı yönlü proqnoz verib.Son günlər qızılın qiymətində son 13 ilin ən sürətli ucuzlaşması yaşanıb. Buna baxmayaraq, yanvar ayında qızıl hələ də 13% dəyərlidir. Marja xəbər verir ki, qlobal miqyasda investorlar və ailələr üçün geniş maliyyə xidmətləri paketi, investisiya həlləri və fərdiləşdirilmiş məsləhətlər təqdim edən UBS, bu il ABŞ Federal Ehtiyat Sistemindən (FED, ABŞ Mərkəzi Bankı) iki faiz endirimi gözləndiyini bildirərək, Fed-in siyasətində ciddi dəyişiklik gözlənilmədiyini qeyd edib.
UBS bildirib ki, Dünya Qızıl Şurasının (World Gold Council) güclü tələbat hesabatından sonra qiymət proqnozlarını artırıb. Bank yaxın günlərdə qızıl qiymətlərinin 4500–4800 dollar/unsiya aralığında konsolidasiya olacağını, ilin ortasında isə 6200 dollara doğru yüksələcəyini proqnozlaşdırır.
UBS son hesabatında qeyd edib:
"Yaxın günlərdə qiymətlərin əsas faktorlar yenidən daha böyük rol oynayana qədər 4500–4800 dollar/unsiya səviyyəsində konsolidasiya olacağını gözləyirik. Son dövrdə ABŞ-da real faiz dərəcələrinin düşməsi və geosiyasi qeyri-müəyyənliyin davam etməsi ilə stimullaşdırılmış güclü mərkəzi bank alışları, ETF-lərə daxilolmaların artması və külçə və sikkələrə olan tələbin yüksəlməsi nəticəsində 2026-cı il üçün tələbat proqnozlarımızı artırdıq."
Banka hesabatında qızılı cazibədar aktiv kimi qiymətləndirməyə davam etdiklərini bildirərək əlavə edilib:
"Qlobal portfel bölgümüzdə qızıl mövqeyimizi qoruyuruq. Bundan əlavə, son ucuzlaşmanın gəlir axtaran investorlar üçün nisbətən yüksək qiymət oynaqlıqdan faydalanmaq imkanları yaratdığına inanırıq."
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)





.jpg)






