Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
ABŞ Prezidenti Donald Tramp ABŞ dollarının həddindən artıq dəyər itirdiyini düşünmədiyini və dolların “əla vəziyyətdə” olduğunu bəyan edib.ABŞ Prezidenti Donald Tramp ABŞ dollarının çox dəyər itirdiyi fikri ilə razılaşmadığını, dolların “əla vəziyyətdə” olduğunu bildirib.
Marja.az xəbər verirk i, Tramp Ayova ştatında jurnalistlərə açıqlamasında ABŞ dollarının dəyəri ilə bağlı fikirlərini səsləndirib.
Dolların ucuzlaşması ilə bağlı suala cavab verən Tramp, onun fikrincə, dolların həddindən artıq dəyər itirmədiyini deyib.
Tramp, “Xeyr, məncə əladır. Gördüyümüz işlərə baxın. Xeyr, dollar çox yaxşı gedir”, – deyə qeyd edib.
Çin və Yaponiyanın valyutalarını devalvasiya etmək istədiklərini xatırladan Tramp, bu səbəbdən keçmişdə həmin ölkələrlə ciddi mübarizə apardığını bildirib. O vurğulayıb ki, bu, ədalətli deyil, çünki onlar valyutalarının dəyərini aşağı saldıqda rəqabət daha da çətinləşir.
Tramp qeyd edib ki, dollar hazırda öz real səviyyəsini tapmağa çalışır və bunun ədalətli proses olduğunu bildirib.
ABŞ Prezidenti, “(Dolları) yo-yo kimi (klassik oyuncaq - red) yuxarı və ya aşağı hərəkət etdirə bilərdim”, – deyə əlavə edib.
Trampın açıqlamalarından sonra ABŞ dollarının avro, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Britaniya funt sterlinqi və İsveç kronu qarşısındakı dəyərini ölçən dollar indeksi 95,6 səviyyəsinə enərək son 4 ilin ən aşağı həddini görüb.
Beynəlxalq bazarlarda avro/dollar məzənnəsi isə 1,20 səviyyəsinə yüksələrək 2021-ci ildən bəri ən yüksək göstəriciyə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)






