İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
Bu qidalarda körpələrdə qusma və ishala səbəb ola bilən toksin mövcuddur. Məhsul partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub.
Bu barədə Marja-ya AQTA-dan məlumat verilib.
Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Xəbər verdiyimiz kimi, bir müddət öncə KitKat və Nescafe məhsullarının istehsalçısı olan Nestle şirkəti, uşaq qidası məhsullarının müəyyən partiyaları ilə bağlı sağlamlıq xəbərdarlıqları yayımlayıb. Qida şirkəti 50-dən çox ölkədə məhsulları geri çağırdığını açıqlayıb. Bu məhsulların körpələrə verilməsinin təhlükəli olduğu qeyd olunan xəbərdarlıqlarda, məhsullar qəbul edildiyi zaman körpələrdə qusma və ishala səbəb ola bilən toksin (sereulid) ola biləcəyi bildirilib.
"HOCHDORF Swiss Nutrition AG" qidalanma həlləri üçün süd və zərdab xammalının emalı sahəsində İsveçrə şirkətidir. HOCHDORF, digər fəaliyyətləri ilə yanaşı, aparıcı İsveçrə markası BIMBOSAN adı altında və müxtəlif beynəlxalq brendlər üçün uşaq qidalarının hazırlanması, istehsalı və satışını həyata keçirir. Şirkət Lucerne kantonunun Hochdorf şəhərində təsis olunub, təxminən 300 əməkdaşı var və 2025-ci ildə 130 illik yubileyini qeyd edib. HOCHDORF Swiss Nutrition AG İsveçrə südünün ən iri emalçılarından biridir və bu baxımdan İsveçrə südçülük sənayesi üçün də mühüm əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 26 d. əvvəl
- 35 d. əvvəl
-
46 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)


.jpg)









.jpg)
