Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dünyada milyarderlərin sayı ilk dəfə 3 000 həddini keçərək tarixi ən yüksək səviyyəyə çatıb. Onların cəmi sərvəti 2025-ci ildə 16 faiz artaraq 18,3 trilyon dollara yüksəlib.Yardım təşkilatı Oxfam-ın Dünya İqtisadi Forumunun açılışı ilə eyni vaxtda yayımladığı hesabatına görə, qlobal milyarderlerin ümumi sərvəti 2025-ci ildə 16 faiz artaraq 18,3 trilyon dollara çatıb. Marja.az xəbər verir ki, Oxfam sərvətin konsentrasiyasının iqtisadi olduğu qədər siyasi və demokratik risklər də yaratdığını xəbərdarlıq edib.
Marja.az xəbər verir ki, Oxfam, Davosda keçirilən Dünya İqtisadi Forumunun açılışı ilə birlikdə yayımladığı son hesabatında qlobal sərvət bərabərsizliyinin son illərin ən yüksək səviyyəsinə çatdığını bildirib. Hesabata görə, milyarderlerin sərvət artım sürəti əvvəlki dövrün üç qatına yüksəlib.
Oxfam məlumatlarına görə, dünya üzrə milyarderlerin ümumi sərvəti 2025-ci ildə 16 faiz artaraq 18,3 trilyon dollara yüksəlib. Eyni ildə milyarder sayı ilk dəfə 3 000 həddini keçərək tarixi səviyyəyə çatıb.
Hesabatda Tesla və SpaceX-in CEO-su Elon Musk-ın xalis sərvətinin 500 milyard dolları aşan ilk şəxs olduğu qeyd edilib.
Bir illik artım 4,1 milyard insanın cəmi sərvətinə bərabərdir
Hesabata görə, milyarderlerin yalnız son bir ildə sərvətlərinə əlavə etdiyi 2,5 trilyon dollar, dünyadakı ən kasıb 4,1 milyard insanın ümumi sərvətinə bərabərdir. Bu artımın, dünya əhalisinin təxminən yarısının yoxsulluq şəraitində yaşadığı və hər dörd şəxsdən birinin normal qidalanmaya çıxışda çətinlik çəkdiyi bir dövrdə baş verdiyi vurğulanıb.
Oxfam sərvət konsentrasiyasının siyasi təsir gücünün dar bir təbəqədə toplanmasına gətirib çıxardığına diqqət çəkib. Hesabatda milyarderlerin siyasi vəzifəyə sahib olma və ya birbaşa siyasi qərar qəbul etmə proseslərinə təsir etmə ehtimalının adi vətəndaşlara nisbətən 4000 dəfə daha çox olduğu bildirilib.
Hesabatda həmçinin ultra zənginlərin media üzərində təsirinin də artdığı qeyd olunub. Jeff Bezos, Elon Musk, Patrick Soon-Shiong və Vincent Bolloré kimi milyarderlerin investisiyaları nəticəsində dünyanın böyük media şirkətlərinin yarısından çoxunun milyarderlerin nəzarətinə keçdiyi bildirilib.
Artımın arxasında vergi siyasətləri dayanır
Oxfam sərvət artımının əsas səbəblərini ABŞ-da Donald Trump dövründə tətbiq olunan vergi endirimləri, qlobal şirkətlərə verilən güzəştlər, monopoliyaya qarşı nəzarətlərin yumşaldılması və süni intellekt şirkətlərinin bazar dəyərlərinin sürətlə yüksəlməsi ilə əlaqələndirib.
Oxfam İcra Direktoru Amitabh Behar hesabata dair qiymətləndirməsində, zənginlərlə cəmiyyətin qalan hissəsi arasındakı fərqin demokratik sabitliyi təhdid etdiyini, mövcud vəziyyətin “təhlükəli və davam etdirilməsi mümkün olmayan siyasi boşluq” yaratdığını bildirib. Behar hökumətlərin vətəndaş azadlıqlarını məhdudlaşdırıb sosial yardımları azaltdığı halda, elit təbəqənin tələblərinə üstünlük verdiyini qeyd edib.
Oxfam-dan hökumətlərə çağırış
Hesabatda qlobal bərabərsizliyin azaldılması üçün hökumətlərə; həddindən çox sərvətin daha yüksək nisbətdə vergiyə cəlb edilməsi, bərabərsizliyi azaltmaq məqsədilə milli planların həyata keçirilməsi və siyasət ilə kapital arasındakı əlaqənin daha sərt qaydalarla məhdudlaşdırılması çağırışı edilib.
Oxfam hesabatın Davosda bir araya gələn qlobal liderlər üçün iqtisadi ədalətsizliyin çatdığı səviyyə barədə vacib bir xəbərdarlıq olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
6 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 14 d. əvvəl
-
38 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir






























