Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
ABŞ Prezidenti Donald Tramp İranda üçüncü həftəsinə daxil olan etirazları yaxından izlədiklərini bildirərək, Vaşinqtonun mümkün güclü variantları nəzərdən keçirdiyini deyib.ABŞ Prezidenti Donald Tramp İran üzrə davam edən kütləvi etirazlarla bağlı ABŞ-ın vəziyyəti çox ciddi şəkildə qiymətləndirdiyini və hərbi variantlar da daxil olmaqla müxtəlif addımların gündəmdə olduğunu açıqlayıb.
Marja.az xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib:
“Biz bunu çox yaxından izləyirik. Ordu da bu məsələ ilə məşğuldur və kifayət qədər güclü bəzi variantları nəzərdən keçiririk. Bir qərar verəcəyik.”
İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) məlumatına görə, İranın 31 vilayətində 186 şəhərdə davam edən etirazlar zamanı azı 540 nəfər ölüb, 10 mindən çox insan saxlanılıb. Ölkədə internetin böyük ölçüdə kəsilməsi etirazların real miqyasının dəqiq müəyyən edilməsini çətinləşdirir.
İran Prezidenti Məsud Pezeşkian gərginliyin azaldılmasına yönəlik açıqlamalar verərək dialoqa çağırış edib.
Tramp isə etirazçılara açıq dəstək ifadə etməklə yanaşı, İranın ali dini lideri Ayətullah Əli Xamenei rəhbərliyinə qarşı ABŞ-ın hərbi müdaxiləsi ehtimalına da işarə edib. ABŞ Prezidenti şənbə günü sosial media hesabında paylaşım edərək bildirib:
“İran bəlkə də heç vaxt olmadığı qədər azadlığa yaxındır. ABŞ kömək etməyə hazırdır.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
18 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 18 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
20 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
21 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















